
Rusiyanın VTB Bankının rəhbəri Andrey Kostin TACC-a verdiyi açıqlamasında bitkoini “saxta” valyuta adlandırıb. Onun fikrincə hökumətin qaçınılmaz tənzimlənmələrin tətbiqindən sonra kriptovalyutanın qiyməti çətin ki artsın.
Andrey Kostin: “Bitkoin? Düzünü desəm mən fikirləşirəm ki, bitkoin saxta valyutadır. Bu, hökumətdən başqa kimsə tərəfindən çap olunan və artan pul bazarıdır. Bu olduqca qeyri-adidir. Hesab edirəm ki, bitkoninin böyük gələcəyi yoxdur”
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Andrey Kostin kriptovalyutaların dövlət tərəfindən tənzimlənmə mexanizmi olmayana qədər onlara hər hansı investisiya etməyin təhlükəli olmasını açıqlamışdır.
