Maliyyə təhlilinin mahiyyəti

Accounting-2-1024x545

   Müəssisənin müstəqilliyi, onların iqtisadi və hüquqi məsuliyyəti artdığından müəssisənin maliyyə vəziyyətinin, maliyyə resurslarının vəziyyətinin rolu daim yüksəlməkdədir. Bu cür təhlilin nəticələri ilk olaraq mülkiyyətçilər, kreditorlar, investorlar, malsatanlar, vergi orqanları üçün vacib sayılır.

      Maliyyə təhlilinin məqsədi yalnız müəssisə balansının likvidliyinin, mənfəətliliyinin, onun aktivlərinin və əmələgəlmə mənbələrinin qiymətləndirilməsindən ibarət deyil, o cümlədən bu göstəricilərin yaxşılaşdırılmasına dair tədbirlər planının hazırlanmasından ibarətdir. Müəssisənin maliyyə əmsallarının təhlili bu cür işlərin hansı istiqamətdə aparmaq lazım olduğunu təyin etməyə imkan verir.

Maliyyə təhlillində istifadə olunan əsas texniklər aşağıdakılardır:
– Nisbət təhlili
– Hesabatların qarşılaşdırılması ilə təhlil (Üfüqi analiz)
– Şaquli təhlil
– Trend təhlili

1. Nisbət təhlili

    Maliyyə hesabatlarının nisbətlərlə təhlili “Balans hesabatı” və “Mənfəət və Zərər hesabat”larındakı elementlərin bir birinə bölünməsi yolu ilə aparılır. Bu üsulla bir çox nisbət hesabalamaq mümkündür, ancaq anlamlı, başa düşülən nisbətləri hesablamaq lazımdır. Bundan əlavə başa düşülən nisbətlərin hesablanması da yetərli deyil. Əsas önəmli olan bu nisbətlərin hesablanmasından sonra onlar üzərində təhlilin aparılması, fikir yürüdülməsidir.

Nisbətlər aşağıdakı kimi təsnifləşdirilir:
a) Likvidlik əmsalları (Liquidity ratios)
b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)
c) Fəaliyyət əmsalları (Activity ratios)
d) Mənfəətlilik əmsalları (Profitability ratios)

1.  a) Likvidlik əmsalları (Liquidity ratios)

Likvidlik əmsalları – müəssisənin qısa müddətli borclarını ödəmə gücünü ölçmək üçün hesablanır. Likvidlik əmsallarının hesablanmasında əsas məqsədlərdən biri müəssisənin işlək kapitalının yetərli olub olmamağıdır. Hər hansı bir müəssisənin likvidlik əmsalının yüksək olması həmin müəssisə tərəfindən qısa müddətli borcların ödənilməsində heç bir problem olmayacağını göstərir. Əsasən müəssisələrin qarşılaşdığı problemlərin çox hissəsini likvidlik yetərsizliyi təşkil edir. Likvidlik əmsallarının həddən artıq böyük olması da müəssisə tərəfindən yaxşı qarşılanmaya bilər. Nisbətlərin yüksək olması əsas vəsaitlərdən istifadə olunmamasına gətirib çıxardır.

Likvidlik əmsalları aşağıdakılardır:
Cari əmsal – Dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Cari əmsal = Dövriyyə vəsaitləri / Qısa müddətli öhdəliklər

Current ratio = Current assets / Current liabilities

Likvidlik əmsalı – Dövriyyə vəsaitlərindən hazır məhsul çıxıldıqdan sonra yerdə qalan məbləğin qısamüddətli öhdəliklərə bölünməsiylə hesablanır.

Likvidlik əmsalı = (Dövriyyə vəsaitləri – Hazır məhsul) / Qısa müddətli öhdəliklər

Quick ratio = (Current assets – ınventories) / Current liabilities

Nağd pul əmsalı – Pul və pul ekvivalentlərinin qısamüddətli borclara bölünməsiylə hesablanır.

Nağd pul əmsalı = Nağd pul / Qısa müddətli öhdəliklər

Cash ratio = Cash / Current liabilities

1.  b) Maliyyə strukturu ilə əlaqəli əmsallar (Solvency ratios)

Müəssisənin sahib olduğu aktivlər kapitalla və öhdəliklərlə maliyyələşdirilir. Maliyyə strukturu elə bir şəkildə qurulmalıdır ki, dövriyyə vəsaitləri qısamüddətli borclarla, əsas vəsaitləri isə uzunmüddətli borclar və kapitalla uyğunlaşsın. Əsas məqsədlərdən biri müəssisənin borclarının nə qədər hissəsinin qısamüddətli, nə qədər hissəsinin isə uzunmüddətli olmasıdır.

Maliyyə strukturu ilə əlaqəli əmsallar aşağıdakılardır:

Borclanma əmsalı – müəssisənin aktivlərinin neçə faizinin borclarla maliyyələşdiril-məsini göstərir. Müəssisəyə borc verən kreditorlara bu əmsalın aşağı olması daha uyğundur. İnkişaf etmiş ölkələrdən bu nisbətin 50%-dən aşağı olması məqsədəuyğundur.

Borclanma əmsalı = Borclar / Ümumi aktivlər

Total debt to assets = Total debts / Total assets

Uzunmüddətli (qısamüddətli) borcların passivlərdə payı – müəssisənin uzunmüddətli borclarının (qısamüddətli) passivlərə bölünməsiylə hesablanır.

Uzunmüddətli borcların payı = uzunmüddətli borclar / Ümumi Passivlər

Long torm debt to equity = Long term debt / (Equity+Liability)

Faizləri qarşılama əmsalı – müəssisənin ödəmək məcburiyyətində olduğu faizləri neçə dəfə qazandıqlarını göstərir.Bu nisbətin aşağı olması müəssisənin faiz ödəmələrini yerinə yetirərkən probləmlə qarşılacağını, yüksək olması isə müəssisənin faizləri ödəmə baxımından daha yaxşı maliyyə strukturuna malik olmasını göstərir.

Faizləri qarşılama əmsalı = Faiz və vergidən əvvəlki mənfəət / Faiz ödəmələri

İnterest coverage ratio = Earnings before interests and taxes (EBIT) / Interest payments

Levereyc əmsalı – bu əmsalın keçən illərlə müqayisədə çox olması aktivlərin maliyyələşdirilməsində kapitaldan daha çox borclardan istifadə edilməni göstərir.
Levereyc əmsalı = Aktivlərin ədədi ortası / Kapital ədədi ortası

Leverage ratios = Average total assets / Average total equity

  1. c) Fəaliyyət əmsalları (Activity ratios)

İlk öncə onu qeyd etmək lazımdır ki, bu əmsalları hesablayarkən həm “Balans hesabatı”, həm də “Mənfəət və Zərər” hesabatının elementlərindən istifadə edilir.Fəaliyyət əmsallarını aşağıdakı kimi təsnifləşdirə bilərik:

Hazır məhsulun dövriyyəliliyi– müəssisənin hazır məhsulunun pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın keçmiş illərə nisbətən yüksək olması məqsədəuyğundur.Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.

Hazır məhsulun dövriyyəliliyi = Satılan malın maliyeti / Hazır məhsulun ədədi ortası

Inventory turnover = Cost of goods sold (COGS) / Average Inventory

Hazır məhsulun satılma vaxtı – hesabat dövrü ərzində ehtiyatların neçə gün içərisində satıldığını göstərir.

Hazır məhsulun satılma vaxtı = 365 / Hazır məhsulun dövriyyəliliyi

Days of ınventory on hand = 365 / Inventory turnover

Alacaqların dövriyyəliliyi – alacaqların ildə neçə dəfə alındığını göstərir.Bu əmsalın yüksək olması müəssisənin alacaqlarını idarəetmə siyasətinin güclü olmasını əks etdirir.

Alacaqların dpvriyyəliliyi = Gəlirlər / Alacaqların ədədi ortası

Receivables turnover = Revenues / Average receivables

Alacaqları əldəetmə vaxtı – hesabat dövrü ərzində alacaqların neçə gün içərisində əldə edilə bilməsini göstərir.

Alacaqların əldəetmə vaxtı = 365 / Alacaqların dövriyyəliliyi

Days of sales outstanding = 365 / Receivables turnover

Borcların dövriyyəliliyi

Borcların dövriyyəliliyi = Alışlar / Borcların ədədi ortası

Payables turnover = Purchases / Average payables

Borcların ödənilmə vaxtı
Borcların ödənilmə vaxtı = 365 / Borcların dövriyyəliliyi

Number of days of payables = 365 / Payables turnover

Aktivlərin dövriyyəliliyi – müəssisənin gəlirlərində aktivlərin payını göstərir.

Aktivlərin dövriyyəliliyi = Gəlir / Aktivlərin ədədi ortası

Total asset turnover = Revenue / Average total assets

1. d) Mənfəətlik əmsalları (Profitability ratios)

Müəssisənin mənfəətlilik əmsalını hesablamaq üçün aşağıdakı əmsallardan istifadə edilir:

Xalis mənfəət marjası – bir vahid gəlirə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin gəlirə nisbəti ilə hesablanır.
Xalis mənfəət marjası = Xalis mənfəət / Gəlir

Net profit margin = Net income / Revenue

Mənfəət marjası – bir vahid gəlirə düşən mənfəəti özündə əks etdirir və mənfəətin gəlirə nisbəti ilə hesablanır.

Mənfəət marjası = Mənfəət / Gəlir

Gross profit margin = Gross profit / Revene

Qeyd:

Mənfəət = Gəlir – Satılan malın maliyəti
Gross profit = Revenue – Cost of goods sold (COGS)

Vergidən əvvəl gəlir marjası – bir vahid gəlirə düşən vergidən əvvəlki gəliri hesablayır və vergidən əvvəlki gəlirin – gəlirə nisbəti ilə hesablanır.

VƏG marjası = Vergidən əvvəlki gəlir / Gəlir

Pretax margin = Earnings before taxes (EBT) / Revenue

Qeyd:

EBT – earnings before taxes
EBIT – earnings before interest and taxes
EBITDA – earnings before interest, taxes, depreciation and amortization

Aktivlərin gəlirliliyi – bir vahid aktivə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin aktivlərin ədədi ortasına nisbəti ilə hesablanır.

Aktivlərin gəlirliliyi = Xalis mənfəət / Aktivlərin ədədi ortası

Return on assets (ROA) = Net income / Average total assets

Kapitalın gəlirliliyi – bir vahid kapitala düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin kapitalın ədədi ortasına nisbəti ilə hesablanır.

Kapitalın gəlirliliyi = Xalis mənfəət / Kapitalın ədədi ortası

Return on equity (ROE) = Net income / Average total equity

Yuxarıda göstərilən əmsallardan istifadə edərək DuPont sistemini əldə etmək olar.

Kapitalın gəlirliliyi = Xalis mənfəət marjası x Aktivlərin dövriyyəliliyi x Levereyc əmsalı

Return on equity = Net profit margin x Asset turnover x Leverage ratios

 

2. Hesabatların qarşılaşdırılması ilə təhlil (Üfüqi Analiz)

      Müəssisənin iki və ya ikidən çox ilə uyğun hazırlanmış maliyyə hesabatlarının faizlərlə artım və ya azalmasını əks etdirir.Hesabanarkən ikinci ilin məlumatlarından birinci ilin məlumatları çıxılır, yerdə qalan məbləğ isə birinci ilin məlumatlarına bölünür.

3. Şaquli Təhlil

   Hər hansı bir müəssisənin maliyyə hesabatlarındakı elementlərinin öz qrupları daxilində faiz nisbətini əks etdirir.Hesablanarkən məbləğ 100-ə vurulur və qrupun məbləğinə bölünür.

4. Trend təhlili

      Digər təhlil metodlarından fərqli olaraq trend analizində müəssisənin 4 və ya 5 ildən artıq dövrünü əhatə edən maliyyə hesabatlarının elementlərinin birinci ilə nəzərən artım və ya azalması əks etdirilir.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma