CoinMarketCap Walmart və Alibaba saytlarını keçdi

CoinMarketCap

   Dünyada saytların populyarlıq reytinqinə görə izlənildiyi alexa.com-da yenilənmədən sonra kriptovalyutaların kapitalizasiyasını izləməyə imkan verən Coinmarketcup.com saytı Alibaba və Wolmarti keçərək ən çox izlənilən saytların ilk yüzlüyünə daha da yaxınlaşıb.

Hazırda son yenilənmədən sonra Coinmarketcup qlobal reytinq üzrə 238 pillə irəliləyərək 111-ci yerdə qərarlaşıb. Statistikaya əsasən sayta baxış sayının 30%-i Amerikada yaşayanların olduğunu nəzərə alsaq onda coinmarketcup bu ölkənin ən populyar saytlarından biri olduğunu hesab etmək olar. Saytla bağlı ən çox axtarış sözləri: binance və ripple

    Xatırladaq ki, dekabrın əvvəlində CoinMarketCap Koreyanın aparıcı kriptovalyuta birjaları olan Bithumb, Coinone və Korbit-in məlumatlarını saytda dərc etməyi dayandırmışdı. Səbəb isə bu birjalarda qiymət fərqinin digər iri birjalardakı qiymətlərlə çox fərqlənməsi idi. Hal-hazırda deyesən bu qadağa ləg edilib çunki artıq bu birjalardakı qiymətlər ümumi qiymətlərlə çoxda fərqlənmir. Cənubi Koreya birjaları hələ də Çindəki qadağalardan sonra Ethereum, Bitcoin və Ripple ilə ticarət üzrə lider birjalardır.

Leave a Reply