Starbucks blockchain texnologiyasının tətbiqini planlaşdırır

stubuks.jpg

   Starbucks-ın idarə heyətinin sədri Qovard Şulç  Starbucks qəhvə şəbəkəsinin mobil platformasında Blockchain texnologiyasını və elektron ödənişlər üçün rəqəmsal valyutaları tətbiq etməyi planlaşdırdıqlarını açıqlayıb. O qeyd edib ki, Starbucks rəqəmsal valyuta buraxmaq niyyətində deyil və kriptobiznesə investiya etməyəcək.

     Qovard Şulç: “Mən hesab edirəm ki, bir yeni texnoloji eraya qədəm qoyuruq hansı ki, blockchain texnologiyası rəqəmsal pulları istehlakçılar arasında aktual edərək yüksək səviyyəyə qaldıracaq”

BTCNOVOSTi-53

     Cənab Şulçun qeyd etdiyi Starbucks-ın mobil platforması 2015-ci ildən fəaliyyətdədir və bununla müştərilərin sifariş verərək online ödəniş etməklə müəyyən bonuslar qazanmaq imkanları olur. Starbucks-ın ABŞ-dakı əməliyyatlarının təxminən üçdə biri mobil ödənişlərin payına düşür və şirkətin rəhbəri hesab edir ki, Starbucks ABŞ-da nağdsız  ödəniş qəbul edən mağazalarının açılmasını nəzərdən keçirir.

Leave a Reply