Vyetnamda mayninq avadanlıqlarının idxalı artıb

viet

  Vyetnamda bitkoin qadağasına baxmayaraq mayninq avadanlıqlarının idxalı artıb. Gömrük departamentinin açıqlamasına əsasən yanvar ayının ilk üç həftəsində ölkə ərazisinə 7932 ədəd mayninq avadanlığı idxal olunub. Bu bütün 2017-ci ildə idxal olunan mayninq avadanlığının ümumi sayından çoxdu.

   2018-ci ildə idxal olunan mayninq avadanlığının ümumi dəyəri 12.3 mln dollar təşkil edir ki, bunun da 1.23 mln dolları büdcəyə vergi kimi ödənilib. Gömrük departamentinin məlumatına əsasən 2017-ci ildə ümumilikdə 7005 ədəd mayninq avadanlığı idxal olunmuşdu və bunun da 5527 ədədi noyabr-dekabr aylarında idxal olunub. Yerdə qalan 1478 ədəd isə yanvarın 1-dən oktyabrın 31-nə qədər olan müddətdə idxal edilib.

     Buna baxmayaraq kriptovalyutalar Vyetnamda qanuni ödəniş vasitəsi deyil və ticarət əməliyyatlarında rəqəmsal valyutalardan istifadəyə görə cərimə 8.900 dollar təşkil edir.

1509272084_logo

Xatırladaq ki,  2018-ci ilin yanvarın 1-dən Vyetnam Dövlət Bankının qərarı ilə ölkə ərazisində kriptovalyutaların ödəniş vasitəsi kimi istifadəsi qadaöan edilib.

Leave a Reply