İndoneziya milli kriptovalyutasını buraxmış ilk ölkə olacaq

QekvmHPWGyKKEZcch

      İndoneziya Mərkəzi Bankı 2018-ci ildə ödəmə sisteminin səmərəliliyinin artırılması üçün rəqəmsal rupi buraxmağı planlaşdırır. Bu barədə İdoneziya Bankının icraçi direktorunun ödəniş sistemləri üzrə köməkçisi Susiato Devi məlumat verib. Rəqəmsal rupinin buraxmaqda əsas məqsəd ödəmə sisteminin səmərəliliyinin artırılmasıdır.

S.Devi: “Hazırda istifadə etdiyimiz banknotlar rəqəmsal pula konvertasiya edilə bilər. Ancaq heç bir ölkə hələki bu cür pulları buraxmayıb”. Gözlənilir ki, rəqəmsəl rupinin dəyəri fiat rupinin qiymətinə bərabər tutulacaq və bununla da digər kriptovalyutalardan əsaslı fərqlənəcəkdir.

      Xatırladaq ki, yanvarın əvvəlində İndoneziya Bankı açıqlamasında kriptovalyutaların ölkə ərazisində qanuni ödəniş vasitəsi kimi qebul etməyəcəyini bildirmişdi.  Bu açıqlamadan sonra ölkənin hüquq-mühafizə orqanları Bali adasında rəqəmsal valyutalarla işləyən şirkətləri yoxlamağa başladılar. Mövcud qanunvericiliyə əsasən ölkədə ödəniş vasitəsi yalnız İndoneziya rupisi hesab olunur.

Leave a Reply