Yaponiyanın Maliyyə Xidmətləri Agentliyi (FSA) yanvarın 26-sı Coincheck birjasından 500 mln dollar oğurlandıqdan sonra ölkə ərazizində fəaliyyət göstərən digər kriptobirjalarda yoxlamalar aparacaq. Agentlik Coincheck birjasına 13 fevrala qədər oğurluq hadisəsi haqqında hesabatı təqdim etməyi və bunun təkrarlanmasını önləmək üçün tədbirlər hazırlamaq barədə təlimat verib. Həmçinin Coincheck birjasının cərimə ediləcəyi istisna deyil lakin cərimənin məbləği hələ dəqiq bilinmir.
2017-ci ilin aprel ayında Yaponiya höküməti ölkə ərazisində fəaliyyət göstərən kriptobirja operatorlarını dövlət qeydiyyatından keçməyə məcbur edərək lisenziya alana qədər fəaliyyətlərinə davam etməyi icazə verdi. Kripto sektora nəzarəti isə Maliyyə Xidmətləri Agentliyinə (FSA) həvalə etdi. Hazırda ölkə ərazisində lisenziyası olan 16 kriptobirja fəaliyyət göstərir.