Yaponiyanın populyar mesajlaşma proqramı və hazırda 600 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan Line öz platformasında kriptobirjanın inteqrasiyasına icazə verilməsi üçün Maliyyə Xidmətləri Agentliyinə (FSA) müraciət edib. Bu barədə şirkətin rəsmi saytında bildirilir.
Kriptovalyuta mübadiləsi üzrə xidmətlər yalnız Yaponiya istifadəçilərinə deyil, həmçinin Tayland və Tayvan sakinlərinə də şamil olunacaq. Bundan əlavə şirkət qlobal bazarda, xüsusilə də Hong Kong və Lüksemburqda iştirakını genişləndirmək niyyətindədir. Bundan əlavə Line, messenger istifadəçilərinə maliyyə xidmətləri göstərəcək “Line Financial” adlı yeni bir şirkət açmağı planlaşdırır.
Xatırladaq ki, keçən il şirkət istifadəçilərinə pul və ödənişlərin köçürülməsi üçün Line Pay xidmətini istifadəyə vermişdi. Hazırda Line Pay ilə 40 milyon insan istifadə edir və 2017-ci ildə əməliyyat dövriyyəsinin ümümi həcmi 4.1 milyard dollar olmuşdu.