“Wall-Street” Canavarı: Bitcoin 50.000 dollar olacaq

JB-HERO-df547eaa80

    “Wall-Street-dən olan canvar” filmindən yaxşı tanıdığımız keçmiş broker Djordan Belford bitcoin-i “monipulasiya üçün ideal instrument” adlandırıb. Belford Patrik Bet-Devid ilə müsahibəsi zamanı “Hesab edirəm ki, bitkoin piramida deyil lakin onun ətrafında müxtəlif fırıldaqçı proyektlər çoxdu. Bunu ayırd edə bilməyən insanlar ziyana düşə bilərlər” deyib.

“Gec və ya tez iri maliyyə korporasiyalari kriptovalyuta bazarına girəcəklər və nəticə ən çox ziyan çəkənlər bazarın kiçik oyunçuları olacaq. Bitcoin-i hazırda valyuta kimi deyil spekulyativ alət kimi istifadə etməyə çalışırlar. Bitcoin-in bazar kapitalizasiyası 200 milyard dollar olsa belə bu heçnəyi dəyişmir çünki dövriyyədə yalnız 2-10 milyon bitcoin iştirak edir. Qalan bitkoinlər isə dövriyyədən kənardadır”

81Xo+EEE5vL._RI_

  Djordan Belford ironiya ilə bitkoini “quzu geyimində canavar” adlandırıb və əlavə edib ki, qiymət hətta 50.000 dollara qədər qalxa bilər. “Hökümətlərin ən sevmədiyi məqam “çirkli pulların” yuyulmasıdır. Bu zaman da ən böyük piramida odur ki, valyuta kimi yaradılan bitkoin artıq investisiya alətinə çevrilib. Bitkoin hələ ki, geniş kütlələr tərəfində istifadə edilmir. Nə qədər ki, qiymət qalxır siz bazardan vaxtında çixmaqla qazana bilərsiniz”

      Xatırladaq ki, Djordan Belford 1998-ci ildə qiymətli kağızlar bazarında monipulasiya fırıldaqçılığına görə 22 aylıq məhkum olunmuşdu. Həmin vaxt Belfordun 1500 dən çox müştərisi ümumilikdə 110.4 milyon dollar ziyana düşmüşdü.

JordanBelfortRDS_large

 

Leave a Reply