Çin saytları kriptovalyuta reklamlarını blok etməyə başladılar

social-media

     “South China Morning Post” xəbər agentliyinin verdiyi məlumata əsasən Çinin iri axtarış və sosial şəbəbkə saytları bitkoin və digər kriptovalyutalarla baglı reklamları və sponsorluq məzmunlu məlumaltaları blok etməyə başlayıblar.

Beləliklə “bitcoin”, “kriptovalyuta” və “ICO” sözləri olan axtarış sorğularında istifadəçilərə yalnız xəbərlər və digər jurnalistik qeydlər olan məlumatlar verilir. Məlumdur ki, ölkənin məşhur axtarış sistemi olan Baidu və Twitter-in Çin analoqu olan Weibo mikrobloqlarında rəqəmsal aktivlərə aid olan reklamlar artıq göstərilmir. Weibo-dan bu məlumatı təsdiqlədilər, Baidu isə bununla bağlı heç bir izah vermədi.

Ehtimal edilir ki, buna əsas səbəb kimi Çində İCO-lara qoyulan qadağaların nəticəsidir. 2017-ci ilin sentyabr ayında Çin Xalq Bankı İCO-ları fırıldaqçılıqda günahlandıraraq ölkə ərazisində qadağa etmişdir. Bundan sonra yerli İCO start-up layihələrin 90%-i investorlara pullarını geri qaytardı.

     Xatırladaq ki, bu ilin yanvar ayında Facebook da kriptovalyuta və İCO-larla bağlı reklamlara qadağa qoydu. Facebook: “Hesab edirik ki, reklamlar etibarlı olmalı və insanların inamını qazanmalıdır. Bu səbəbdən bizim sosail şəbəkədə aldadıcı reklamlar üçün yer yoxdur”

Leave a Reply