Ödəniş kartı vasitəsi ilə kontaktsız ödənişlərin həyata keçirilməsinə imkan verən “PayWave” (Visa) və “PayPass” (MasterCard) texnologiyaları kart bazarının inkişafı sahəsində tətbiq olunan innovativ texnologiyalardır. Müvafiq olaraq “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatları tərəfindən ayrı-ayrılıqda təqdim edilən bu texnologiyaların aşağıdakı xüsusiyyətləri vardır:
- ödənişin həyata keçirilməsi üçün kartın
işarəsi əks olunan terminalın oxuyucusuna yaxınlaşdırılması;
- ödəniş həyata keçirilən zaman kartın pərakəndə ticarət, iaşə və digər xidmət müəssisəsinin əməkdaşına verilməsinə ehtyacın olmaması;
- ödəniş kartı haqqında məlumatın sürətlə oxunulması;
- əməliyyatın tez bir zamanda yerinə yetirilməsi;
- müəyyən məbləğə qədər əməliyyatlar həyata keçirilərkən müştəri imzasının tələb olunmaması;
- daha rahat ödəniş üsulunun yaradılması;
- yeni müştərilərin cəlb edilməsi.