IBAN nədir?

     iban

   IBAN (İnternational Bank Account Number) – beynəlxalq bank hesab nömrəsi. IBAN nömrəsi, Avropa Birliyi tənzimləmələri çərçivəsində tətbiq olunmağa başlanan yeni bir hesab nömrəsi təyin sistemidir. İBAN tətbiqinin əsas məqsədi elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsini təkmilləşdirmək, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsini yüksəltmək, bank hesablarının strukturundakı pərakəndəliyi aradan qaldırmaq və əməliyyat risklərini minimallaşdırmaqdır.

      IBAN – Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO136161 beynəlxalq standartına uyğun olaraq yaradılan və maliyyə institutları tərəfindən müştərilərə təqdim edilən bank hesab nömrəsidir.

Bank hesab nömrələrinə IBAN-ın tətbiqinin aşağıdakı üstünlükləri mövcuddur:

  1. Əməliyyat risklərinin (insan xətalarının) minimallaşdırılması;

2. Köçürmələr üzrə hesablaşmaların avtomatik emal əmsalının (STP) yüksəldilməsi;

3. Emalla bağlı əməliyyat xərclərinin azaldılması;

4. Vəsaitlərin itirilməsi riskinin minimallaşdırılması;

5. Ödənişlərin son istifadəçilərə çatdırılmasının sürətləndirilməsi.

       Azərbaycanda bank hesab nömrələrinə IBAN-ın tətbiqinin məqsədi banklarda, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatorunda və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyində mövcud olan hesab nömrələrinin beynəlxalq standartlar əsasında unifikasiya olunmasıdır. Mərkəzi Bankın kommersiya banklarına açdığı müxbir və submüxbir hesablar 12.03.2012-ci il tarixindən etibarən IBAN strukturuna çevrilmiş və real rejimdə istifadə edilir. Müştəri hesabları isə 07.01.2013-cü il tarixindən IBAN strukturuna keçirilmiş və real rejimdə istifadəsinə başlanılmışdır.

     IBAN hər ölkədə fərqli uzunluğa və formata sahib olan bank hesab nömrələrinin hamısını müəyyən bir standart sistemə bağlayır. Beləliklə hesablar arası köçürülmələrdə problemlər və ya gecikmələr kimi risklər ən aşağı səviyyəyə düşür. IBAN Standartı iban nömrələri yaradılarkən təqib edilən prosedurdur. Bu prosedura görə IBAN nömrələri maksimum 34 pillədən ibarətdir və hər pillə bir xüsusiyyətin kodlanmasına xidmət edir.

Azərbaycanda tətbiq olunan İBAN 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir.

AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH

İzahı aşağıdakı kimidir:
AZ – Azərbaycan Respublikasının ölkə kodu
NR – hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir.
BANK – maliyyə institutunun SWIFT BIC -nin ilk 4 simvoludur.
HHHHHHHHHHHHHHHHHHHHH – müştəri hesab nömrəsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma