Amerikada kriptovalyuta komitəsi yaradıldı

3b830119.jpg

  Amerikada əmtəə fyuçersləri ticarəti üzrə komissya (CFTC) son yığıncağında kriptovalyutaları tənzimləmək üçün xüsusi “kriptovalyuta komitəsi”nin yaradılması haqqında qərar qəbul edib. Yığıncağın əsas mövzusu kriptovalyutaların tənzimlənməsi və blokçeyn texnologiyası idi. Dövlət və özəl sektorun nüməyəndələrini maraqlandıran əsas suallar yeni texnologiyayaların tənzimlənməsi metodları və dövlətin normativ aktların hazırlanmasındakı rolu idi.

     Fikir ayrılığına baxmayaraq sonda tərəflər arasında razılığa gəlindi ki, iki alt komitənin daxil olduğu ümumi kriptovalyuta komitəsi yaradılsın. Alt komitələrdən biri rəqəmsal valyutaları, digəri isə blokçeyn texnologiyasının maliyyə sistemində tətbiqini tədqiq edəcək.

CFTC-nin nümayəndəsi Brayn Kventens qeyd edib ki, komissiya hesabatlarında investor və istifadəçilərə müstəqil qərar vermələri üçün hansı investisiya diqqət yetirmələri barədə məlumat verməlidir.

CFTC-offices1-800x445

Xatırladaq ki, CFTC – Amerikanın əmtəə birjalarında qanunların icrasına nəzarəti həyata keçirən mərkəzi hökumət orqanıdır.

 

Leave a Reply