Xakerlər saxta reklam sayəsində blockchain.com istifadəçilərindən 700 bitcoin ogurlayıb. Google AdWords-ın fişinq sxemindən istifadə etməklə xakerlər bir il ərzində 5 mln dollar dəyərində bitcoin oğurlamağı bacarıb. Xakerlər bitcoin və ethereum üçün ən məşhur elektron cüzdan olan Blockchain.info saytının saxta nüsxələrini internetdə yaydılar. Beləliklə xakerlər saytlara saxta oxşar domen adları, məsələn block-clain.info və ya blockchien.info adları qoymaqla hesab edirdilər ki, istifadəçilər tələsik qeydiyyat zamanı saxta syatla orijinalı ayırıd edə bilməyəcək. Bu sxem həqiqətən öz bəhrəsin verdi və bəzi istifadəçilər saxta saytlarda qeydiyyatdan keçərək öz rəqəmsal pullarını həmin saytdakı elektron cüzdana köçürdülər.
Cisco şirkətinin araşdırmalarına görə belə saxta reklamlar konkret regionlara istiqamətlənmiş olur və Google Adwords vasitəsilə kriptovalyuta fishinqi xakerlər üçün son dərəcə sərfəli hücum üslublarından biridir. Bu üsulla oğurlanan kriptovalyutaların ümumi məbləği 50 mln dollara yaxındı. Odur ki, tanmadığınız saytlardan qeydiyyatdan keçdiyiniz zaman ehtiyatlı olun.