Fundstrat Global Advisors LLC-nin rəhbəri Tom Li bitkoinin bu ilin iyul ayında yeni rekorda imza atacağına əmin olduğunu deyib. Ekspert Bitcoin qiymətinin azalması ilə əlaqədar 22 halını təhlil edərək bərpa müddətinin əvvəlki enişdən təxminən 1,7 dəfə çox olduğunu iddia edir. Burdan belə nəticəyə gəlmək olar ki, son 50 gündə qiymətinin enməsindən sonra bitkoinin qiymətinin bərpası üçün 85 gün lazımdır.
Digər investor Tip Dreyper də kriptovalyutalrın gələcəyinə olduqca optimist yanaşır və hesab edir ki, kriptovalyuta bazarının kapitalizasiyası 86 trilyon dollara çatacaq. Dreyper 2014-cü ildə ABŞ hökümətinin “Silk Road”-dan konfiksasiya etdiyi 32 min bitkoini hərracda 18 mln dollara almışdı. Hazırki qiymətlə bu bitkoinlərin qiyməti 323 milyon dollar edir.