Western Union Ripple ilə əməkdaşlağı təsdiqlədi

28056265_1596397617120141_7735155816814585107_n

     Dünyanın ən böyük ödəmə sistemlərindən olan Western Union Ripple texnologiyası əsasında ödənişlərin edilməsi imkanını test etdiyini təsdiqləyib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Şirkətin maliyyə direktoru Radj Aqravala bildirib ki, layihə yalnız başlanğıc mərhələdədir və Western Union biznesinin əsas elementi hesab edilmir. Həmçinin şirkət Ripple-nin hansı həll metodundan (xCurrent, xRapid, XRP) istifadə edildiyi açıqlanmayıb.

     Western Union nümayəndəsinin Ripple ilə əməkdaşlıq barədə bəyanatı şirkətin maliyyə hesabatının dərc olunmasından dərhal sonra baş verdi. Xatıqladaq ki, 2016-ci ili mənfəətlə bitirməsinə baxmayaraq, Western Union 2017-ci ildən 557 milyon dollar zərərlə cıxıb.

maxresdefault-4.jpg

Leave a Reply