Forbes: 2017-də ən çox qaznan qadın müğənnilər

 

    Amerikanın Forbes jurnalı, 2017-ci ilin ən çox qazanan qadın müğənnilərinin ilk onluğunu dərc edib.

DPKNEofUQAE7Ztt

1. BEYONCE

Kapital: $105 milyon dollar

Ölkə: ABŞ

Beyoncenin “Lemonade” albomu ABŞ-da 6-cə dəfə ardıcıl olaraq, 200 ən populyar musiqi albomu reytinqinin ilk pilləsini tutub, bu reytinq Billboard həftəlik jurnalı tərəfindən dərc olunur – populyarlıq həftə ərzində satış rəqəmlərinə əsasən müəyyən olunur. Gəlirlərin digər bir mənbəyi isə dünya turlarıdır. əgər 2017- ci ilin yayında fasilə etməsəydi, yəqin ki gəlirləri daha çox olacaqdı, Beyonce yayda dünyaya əkiz uşaqlar gətirib. Bundan əlavə müğənninin Ivy Park adlı şəxsi geyim brendi vardır.

2. ADELE

Kapital: $69 milyon dollar

Ölkə: Böyük Britaniya

Adelin əsas gəlir mənbəyi qastrollardır. 2017-ci ildə Adele “Grammy” mükafatının 5 nominasiya üzrə qalib olub (o cümlədən “İlin mahnısı” nominasiyasının qalibidir)

3. TAYLOR SWİFT

Kapital: $44 milyon dollar

Ölkə: ABŞ

Ötən il “1989” adlı konsert turu Taylor Swiftə $170 milyon dollar gətirmişdi – ona görə də $44 milyon dollar müğənni üçün elə də yaxşı nəticə deyildi. Amma 2017-ci ilin avqustunda müğənni Reputation adlı yeni uğurlu albom buraxır və həmin albom bu qısa müddətdə ilin ən çox satılan albomuna çevrilir və bu, gələn il müğənninin gəlirlərində öz əksini tapa bilər.

4. CELİNE DİON

Kapital: $42 milyon dollar

Ölkə: Kanada

Əfsanəvi müğənni 2016-cı ildə ərinin vəfatında sonra müəyyən müddətə dayandırdığı Las-Vegasdakı səhnə çıxışlarını yenidən bərpa edib. O, əsasən Las Vegas-ın məşhur əyləncə mərkəzi olan “Caesars Palace”-da təxminən ildə 70 dəfə səhnə alır.

5. JENNİFER LOPEZ

Kapital: $38 milyon dollar

Ölkə: ABŞ
Jennifer Lopez – Amerikanın televiziya şousu olan “World of Dance”-da həm prodüser, həm də hakimdir. Proyektlə ciddi məşğul olmasına baxmayaraq, o öz çıxışları üçün də zaman ayıra bilir və əsas gəlirləri də bundan formalaşır.

6. DOLLY PARTON

Kapital: $37 milyon dollar

Ölkə: ABŞ

71 yaşlı Parton “Queen of Country.” – kantri musiqi janrının kraliçası adlanır, o hələ də konserlət verir və çıxışlarına görə $500 000 dollar alır. O, həmçinin Tennesi tatında Dollywood adlı tematik parka sahibdir.

7. RİHANNA

Kapital: $36 milyon dollar

Ölkə: ABŞ

2017-ci ildə Barbadoslu müğənninin gəlirləri konsertlərdən əldə etdiyi qonorarlar sayəsində formalaşıb, müğənni Atlantdan Sürixə qədər bir çox şəhərləri dolaşıb. O, həmçinin “Bates Motel” adlı populyar amerikan teleserialındakı roluna görə də qonorar əldə edib, bunula yanaşı Rihanna Samsung reklamlarında çəkilir və Puma idman geyimi brendi ilə əməkdaşlıq edir. 2017-ci ildə Rihanna özünün Fenty Beuty adlı kosmetik brendinin istehsalına başlayıb.

8. BRİTNEY SPEARS

Kapital: $34 milyon dollar

Ölkə: ABŞ
Britney Las-Vegasda konsertlər verir, bu ilə konsert səfərləri ilə Asiyanı dolaşıb, 2017-cı ilin sonuna yaxın isə o, Piece of Me şousuna başlayıb. Çıxışlardan gəlirlər müğənninin qazancının əsas hissəsini təşkil edir.

9. KATY PARRY

Kapital: $33 milyon dollar

Ölkə: ABŞ

Katy Parry yeni musiqi albomu “Witness”in satışlarından və CoverGirl, Claire’s və H&M markaları ilə müqavilələrindən qazanıb. Bundan əlavə “American Idol” televiziya şousunun yenidən ekrana qayıtması layihəsi üzərində çalışır və gəlirlərin bir hissəsini 2018-ci ilin yazında baş tutacaq konsert turuna sərf etməyi planlaşdırır.

10. BARBRA STREİSAND

Kapital: $30 milyon dollar

Ölkə: ABŞ

Barbra Streisand — siyahının ən yaşlı iştirakçısıdır. 2017-ci ildə Streisandın 75 yaşı tamam olub. Amma əsas gəlirləri yenə də çıxışlardan formalaşır.

 

Leave a Reply