European Crypto Bank – Avropada olan kriptoinvestorlar üçün bank xidməti

   725_Ly9jb2ludGVsZWdyYXBoLmNvbS9zdG9yYWdlL3VwbG9hZHMvdmlldy9kZGFjMmM3OTYwYmI4OWExODU1ZDY3NjBmZTc1MjAzMi5qcGc=

     European Crypto Bank platforması Fransa, İtaliya, Almaniyada bank lisenziyaları əldə etməyi planlaşdırır və Avropada olan investorlar üçün rəqəmsal aktivlərlə ticarət, vergi məsələləri üzrə məsləhət, kriptovalyuta bazarının təhlili üzrə xidmətlər təklif edəcək.

       Blokçeyn təşkilat olan European Crypto Bank Avropa Birliyi vətəndaşları üçün bitkoin və digər kriptovalyutalarda investisiya üçün təhlükəsiz platform yaratmaq məqsədi ilə bank və treydinq sisteminin yaradılması üzərində işləyir. Platforma ilkin mərhələdə 4 avropa ölkəsi olan Fransa, İngiltərə, Almaniya və İtaliyanın tələblərinə uyğunlaşdırılmış hesabat və tövsiyyələrini təqdim edəcək. Sonrakı dövrlərdə isə platforma Avropa Birliyinin bütün ölkələrinə xidmət sahəsini genişləndirməyi planlaşdırır. European Crypto Bank həmçinin 24 saat məsləhət xidmətini təmin etmək üçün süni zəkanın istifadə imkanlarını da araşdırır.

Screen-Shot-2018-01-25-at-12.10.52-AM.png

 

   European Crypto Bank-ın rəsmi açıqlamasında: “Avropalı investorların öz risklərini idarə etdikləri çərçivədə kriptovalyuta bazarının üstünlüklərində istifadə etmək imkanları olmalıdır. Tənzimləyici tədbirlər olmadıqda və dövlət qurumlarının kriptovalyuta mövzusunda dialoqa açıq şəkildə başlamaması səbəbindən investorlar tam fayda əldə edə bilmirlər. Kriptovalyutaların dəyərinin artması fonunda şirkətlərinin maliyyələşməsində İCO-dan istifadə imkanları Rusiya, Avstraliya, Hindistan və Şərqi Avropa ölkələrində öz tətbiqini tapıb. Hətta bəzi ölkələr innovativ yenilikləri öz qanunvericilik aktlarına adaptasiya etməklə kriptovalyuta sektoruna investorları cəlb olunması yollarını artıq tapıblar” deyilir. Daha ətraflı  www.europeancryptobank.io

   Rəqəmsal iqtisadiyyatın artan populyarlığı ilə bir çox Avropa ölkələri kriptovalyutaların qanuniləşdirilməsi üçün aktiv tədbirlər görürlər. Bu yaxınlarda İsveçrənin Maliyyə Tənzimləyicisi (FİNMA) bununla bağlı öz tövsiyyələrini dərc etdi. Bu tövsiyyələrdə dövlət orqanlarının maliyyə bazarlarına dair qanunvericilik aktlarını ICO təşkilatçılarının ərizələrinə necə tətbiq etməyi planlaşdırdıqları qeyd edilib.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply