PayPal-ın maliyyə direktoru Con Reyni Wall Street Journal-a müsahibəsində bitkoinin prespektivləri barədə müsbət fikirdə olduğunu və bitkoinin gələcəkdə məşhur ödəniş metodlarından biri olacağına inandığını deyib. O, həmçinin qeyd edib ki, PayPal 2015-ci ildə Braintree platforması ilə bitcoin qəbul etməyi başlayan ilk şirkətlərdən biridir.
Bitkoinin hazırda istifadəsi zamanı insanların qarşılaşdığı çətinliklərdən danışarkən Con Reyni: “Bitkoinin qiymətindəki volatilliyi nəzərə alsaq onu hazırda etibarlı ödəniş valyutası hesab etmək olmaz. Misal üçün əgər sizin biznesin gəlirliyi 10% təşkil edir və siz ödəniş zamanı bitkoin qəbul edirsiniz. Sabahkı gün əgər bitkoinin dəyəri 15% düşərsə siz bu əməliyyatda pul itirəcəksiniz”
Kriptovalyutaların məşhur ödəniş vasitəsi ola biləcəyi sualına cavab olaraq Rayni: “Hesab edirəm ki, kriptovalyutaların ödəniş vasitəsi olması ehtimalı olduqca yüksəkdir. Düzdür kriptovalyutanın gündəlik istifadə üçün yararalı valyuta olması üçün ola bilsin ki, illlər lazım olacaq” deyib.
Bitkoin tranzaksiyaları üzrə komissyalar 43 dəfə azalıb
Crypto Consulting