Kriptovalyutaların böyük bir gələcəyi var lakin dövlətə ən azı iki il lazımdır ki, investorları kriptovalyutaların istifadəsi ilə bağlı risklərdən qorusun. RİA Novosti-nin verdiyi məlumata əsasən bunu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Aleksey Kudrin bəyan edib.
Rusiya Federasiyasının keçmiş maliyyə naziri qeyd edib ki, investorları fırıldaqçılıq və hacker hücumlarından qorumaq üçün kriptovalyuta əməliyyatları standartlaşdırılmalıdır. A.Kudrin: “Hesab edirəm ki, kriptovalyutaların gələcəyi var lakin texniki məsələlər həllini tapmalı və proses standartlaşdırmalıdır ki, fırıldaqçılıq halları və haker hücümları baş verməsin. Kriptovalyutalar üçün müəyyən standartların tapılması, həmçinin istifadəçilərin mənafeyinin qorunması üçün bizə ən azı 2 və hatta 3 il lazım olacaq”