Bloomberq agentiyinin məlumatına əsasən Böyük Britaniyanın Xəzinədarlıq komitəsi yeni texnologiyanın hansı formada tənzimlənməsinə ehtiyac olduğunu daha yaxşı anlamaq üçün kriptovalyutaların potensial faydaları və risklərini araşdıracaq. Sözü gedən məsələ fevralın 24-də parmanetin müzakirəsinə çıxarılacaq.
Komitənin sədri Nikki Morqan: “İnsanlar zaman keçdkcə daha tez-tez bitkoin və ya digər kriptovalyutalar haqqında eşidirlər və çoxları hələ də bilmir ki, hazırda kriptovalyutalar İngiltərədə tənzimlənmir. Buna görə də yeni texnologiyaların inkişafına mane olmadan rəqəmsal valyutaların tənzimlənməsində düzgün balansı tapmaq çox vacibdir”
Komitə həmçinin İngiltərə Bankı da daxil olmaqla blokçeyn texnologiyasının maliyyə qurumlarının işinə necə təsir edə biləcəyini araşdıracaq.