İran milli kriptovalyuta barədə düşünür

      İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini öz tvitter hesabında verdiyi açıqlamaya əsasən dövlət bankı olan Post Bank İran milli kriptovalyutasının yaradılması üzərində işləyir.

rnbee.ru-13-2018-02-25Nazir: “Rəqəmsal valyutalarla bağlı Bankın direktorlar şurası ilə görüşdə ölkənin potensialından istifadə edərək blokçeyn texnologiyasına əsaslanan ilk milli rəqəmsal valyutanın hazırlanması üçün tədbirlər görülməsi müzkirə olunub. Bu istiqamətdə pilot model baxılması və təsdiqlənməsi üçün ölkənin bank sisteminə təqdim ediləcək” İran naziri bu bəyanatı Venesuela prezidenti N.Maduranın neftlə təmin olunmuş “El Petro” kriptovalyutasının artıq ölkəsinə 735 milyon dollar ekvivalentində gəlir gətirdiyini elan etmsindən bir gün sonra verdi. Xatırladaq ki, Venesuela kimi İran da ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalmaqdadı. Bəzi məlumatlara görə Şimali Koreya da ABŞ-ın sanksiyalarının təsirini azaltmaq üçün öz milli kriptovalyutasını buraxmaq istəyir.

Leave a Reply