İCO-lar artıq 2018-ci ildə 2 milyard dollard cəlb edib

ICO2-640x356

   TokenData şirkətinin araşdırmalarına əsasən İCO proyektlər 2018-ci ilin yanvar ayında 1.51 milyard, hələ bitməyən fevral ayında isə 431 milyon dollar investisiya cəlb edə bilib.  Kifayət qədər ciddi rəqəmlərdir çünki tək 2017-ci ildə bu rəqəm 5.7 milyard dollar təşkil edirdi. Qeyd etmək lazimdır ki, hesablamalar zamanı Telegramın İCO-da topladığı 850 mln dollar nəzərə alınmayıb çünki İCO-da yalnız qabaqcadan müəyyən olunmuş iri investorlar iştirak edirdi.

      2018-ci ildə artıq İCO-lar vasitəsilə investisiya cəlb olunması üzrə trend müşahidə olunur. Satış strukturu əsasən individual investorlara yonəlib və ictimai qaydada cəlb olunan vəsaitlər azlıq təşkil edir. Faktiki nəticələrə əsasən İCO-lardan yığılan vəsaitlərin 84%-i individual investorlar təşkil edir.

2018-ci il üçün TokenData tərəfindən araşdırilan 94 İCO proyektindən 28-nin tokeni artıq birjda alqı-satqısı gedir.

 

İCO nədir?

Leave a Reply