Əsas səhmdarı Goldman Sachs olan bitcoin start-up şirkəti Circle Poloniex kriptobirjasını aldığını elan etdi. Fortune nəşrinin məlumatına əsasən müqavilənin dəyəri 400 milyon dollar olub. Circle 2013-ci ildə ilk kriptovalyuta bumu zamanı bitkoin alışı və satışı platforması kimi yaradılmışdır. Lakin sonradan öz saytından bitkoin və blokçeyn sözlərini pozaraq ancaq fiat pullarla ödənişlərə istiqamətləndi. 2017-ci ildə isə ikinci kriptovalyuta bumundan sonra Circle yenidən blokçeyn və rəqəmsal aktivlərlə əlaqəli proyektlərə qayıtdı. Circle-nin səhmdarı işərisində Goldman Sachs-dan əlavə IDG China, Baidu Inc, Breyer Capital və başqa şirkətlər var.
Maraqlı fakt odur ki, bir müddət əvvəl məşhur investor U.Baffet kriptovalyutalar haqqında mənfi fikirdə olduğunu və onlara investisiya etməyəcəyini bildirsə də nəticədə özünün 2.9 milyard dollarlıq payı olduğu Goldman Sachs bu sektora investiya edir. Aşağıdakı cədvəldə Baffetin investisiya portfelində Goldman Sachs-ın mövcud mövqeyini görmək olar.
Crypto Consulting