Telesur TV Venesuela hökumətinin ölkənin paytaxtı Karakasda vətəndaşlar üçün kriptovalyutalarla bağlı təhsil mərkəzi açdığını bildirdi. Bu açıqlama ölkə prezidenti Nikolas Maduronun neftlə dəstəkli petro kriptovalyutasının buraxılmasını elan etməsindən bir neçə gün sonra verildi.
Kriptovalyuta məktəb ölkə vətəndaşları üçün kriptovalyutalarla işləməyi öyrənmək üçün pulsuz kurslar təklif edir. Karakasdakı “Granja Laboratorio Petro School”-da venesuelalılar kriptovalyutaları necə almaq, satmaq və mayninq etməyi, həmçinin kripto-iqtisadiyyatın necə formalaşdırıldığını öyrənəcəklər.
Məktəbin təlimçilərdən biri olan Karmen Salvador Reuters-ə video intervyusunda: “Biz istəyirik ki, insanlar ilk növbədə yeni texnologiyanın xüsusiyyətlərini anlasınlar. Hökumətin təşkil etdiyi kursların beynəlxalq səviyyədə analoji qiyməti təqribən 500-800 dollara bərabərdir. Hazırda böyük əksəriyyət gənclərin belə kurslarda iştirakna maddi imkanları yoxdur və bu səbəbdən qərara almışıq ki, bu təlimlər tamamilə pulsuz keçirilsin” deyib.
Təhsil, Elm və Texnologiya naziri Huqbel Roa dövlət başçısının “ölkənin ali məktəblərində tələbə mayninq fermalarının yaradılması” planını təsdiqlədiyini bildirdi.