Kriptovalyuta birjalarının gündəlik gəlirləri

  bots_1024x679Bloomberg agentliyinin analitiklərinin hesablamalarına əsasən iri kriptovalyuta birjalarının komissiyadan olan gündəlik gəlirləri milyonlarla dollara bərabərdir. Analitiklər hesablama zamanı CoinmarketCap tərəfindən təqdim edilən gündəlik ticarət həcmi və kriptobirjaların öz saytlarından əldə edilən komissiyalar haqqında məlumatlara əsaslanıblar. Hesablamalarda ən aşağı komissiya ölçüləri istifadə edilib.

     Təbii ki, təqdim edilən məlumatlar təqribidir və onları tam dəqiq hesablamaq mümkün deyil. Çünki faiz dərəcələri bazardan aslı olaraq tez-tez dəyişə bilir və birjalar ən aktiv treyderlər üçün xüsusi endirimlər də təqdim edirlər. Lakin buna baxmayaraq aydındır ki, kriptovalyuta bumu birjalara iri həcmdə kapital gətirir və ilk olunqda olan birjaların illik gəliri 1 milyard dolları keçir.

Birjaların gündəlik gəlirinin əks olunduğu cədvəl:

c1df2c53d__1600x0__q85

     Hesabata əsasən birjalar içərisində ən çox qazanan Binance-dir hansı ki, komissiya məbləği 0.2% təşkil edir və saniyədə 1.4 milyon sifariş emal edə bilir. Binance 2017-ci ilin iyul ayından fəaliyyət göstərir və hazırda ən populyar birjalardan biridir.

      Reytinqdə sonrakı yerləri Huobi, Bitfinex, Upbit və Bithumb birjaları tutur. Bu birjalar üzrə orta komissiya 0.3% təşkil edir və gündəlik ticarət həcmini 600 mln – 1,4 milyard dollardır. Ümumilkdə kriptovalyutaların ticarət həcminin yarıdan çoxu Asiya birjaların payına  düşür. Bunun əsas səbəbi odur ki, maynerlərin çoxu bu regionda yerləşir və asiya gəncləri müasir texnologiyalara daha çox meyillidir və daha tez yiyələnirlər.

Kriptovalyuta birjalarının hər biri şəxsi mülkiyyət hesab edilir və buna görə də onlar  maliyyə agentliklərinə və ya mətbuta öz maliyyə məlumatlarını təqdim etməyə bilərlər. Bəzi birjalar (Bit-Z, WEX, EXX və HitBTC) var ki, onlar ümumiyyətlə heç bir maliyyə məlumati təqdim etmir.

 

Elnur Quliyev

Leave a Reply