Kriptovalyutaların qiyməti düşür (09.03.2018)

      padenie-640x360.jpg Martın 9-u kriptovalyutaların pioneri olan bitkoinin qiymətinin birjalarda 8600 dollara qədər endiyi müşahidə olundu. Əslində enmənin ilk dalğası artıq martın 7-də 11.600-dən 10.500 dollara enməsindən başladı. İkinci dalğa isə qiymətin 10.000-də korreksiya olunduğu vaxtdan bir neçə saat ərzində 9.000 dollara düşməsi zamanı baş verdi. Üçüncü dalğa isə artıq qiymətin 8.600 dollara enməsi oldu ki, bu da son 48 saat ərzində bitkoinin dəyərinin 3.000 dollar itirməsi deməkdi. Səbəblər müxtəlifdi lakin görünən əsas səbəblər bunlardı:

  • Bazara iri həcmli bitkoin satışının çıxarılması. Təqribən 35-40 min bitkoin;
  • Binance birjasına xaker hücümu barədə xəbərlərin yayılması;
  • Amerikanın qiymətli kagızlar və birjalar üzrə komissiyasının (SEC) kripto-birjaların tənzimlənməsi ilə bağlı son bəyanatı.

     Bitkoinin qiymətinin düşməsi praktiki olaraq bütün kriptovalyutaların qiymətinə öz mənfi təsirini göstərdi. Coinmarketcap-ın məlumatına əsasən “Top 20”-də olan bütün kriptovalyutalar öz dəyərini 10-20% itirdi. Sadəcə NEM-in qiyməti 8.94%-lə “yaşıl zona”-da idi. Bunun əsas səbəbi Coincheck birjasının yanvarda xaker hücumu zamanı oğurlanan aktivlərin önümüzdəki həfədə investorlara geri qaytarmağa başlayacağı xəbəri oldu.

crypto9.03.18

 

Xatırladım ki, məqalənin yerləşdirildiyi vaxtda (09.03.2018, saat 17:00) bitkoinin qiyməti 9.065 dollar həddinə qayıdıb.

 

Elnur Quliyev

Leave a Reply