Mail.ru reklam ödənişlərini bitkoinlə qəbul edir

   000874 Martın 6-dan etibarən myTarget sistemi vasitəsilə Mail.Ru qrupunun layihələrinin reklam ödənişləri bitcoin və bitcoin cash ilə ödənilə bilər. Ödəmələr bitkoin operatoru olan Bitpay vasitəsilə həyata keçiriləcək hansı ki,  bu şirkət hazırda Microsoft, Virgin Galactic, PayPal və Zynga ilə əməkdaşlıq etməklə 50 mindən çox şirkətin ödənişlərini təmin edir.

Kriptovalyutalarla reklam ödənişlərinin qəbul edilməsi mümkün olan proyektlər arasında həmçinin «Вконтакте» və «Одноклассники» saytları var. Hələ ki, ödəniş kimi yalniz iki kriptovalyuta nəzərdə tutulub.

1520554382Mail.Ru Qrupunun direktorunun birinci müavini Dmitri Serqeyev: “Biz müştərilərimizə biznesin inkişafı üçün maksimum imkanlar vermək üçün çalışırıq. MyTarget sistemi əsasında şirkət digər məhsullarını, o cümlədən, oyunları da əhatə edəcək ekosistem yaratmağı planlaşdırır”. Qeyd edək ki, Mail.Ru məhsulları arasında Warface, Zirehli Warfare, Skyforge və Perfect World kimi onlayn oyunlar var.

         Mail.Ru Group-un reklam platforması olan MyTarget-a Rusiya və MDB-nin ən böyük sosial şəbəkələrinə və xidmətlərinə qoşuldu hansı ki, ümumi auditoriyası 140 milyon insandan çoxdu. Platforma mobil tətbiqlər və saytların inkişaf etdirilməsinə, eləcə də məhsul və xidmətləri reklam etməyə imkan verir. myTarget artıq 90 milyon quraşdırılmış proqramları əhatə edir.

Leave a Reply