IQ ingiliscə “İntelligence Quotie” sözündən götürülməklə hər bir insanın düşünmə qabiliyyətini ölçmək üçündür. İQ bəzən “İntellekt əmsalı” da adlandırılır. Əslində İQ testləri bilik səviyyəsini deyil, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir və bu testlə insanların təfəkkürünün inkişafı ölçülür.
İQ-nün yaranma tarixi
“İntellekt əmsalı” anlayışı ilk dəfə elmə 1912-ci ildə alman psixoloqu Villyam Ştern tərəfindən daxil edilib. 1904-cü ildə Alfred Binet tərəfindən işlənmiş intellekt testlərinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılır. Binet məktəb uşaqlarında sinifləşdirmə testləri apararaq bu nəticəyə gəlir ki, bir uşağa verilmiş qiymət “intellekt” kimi qəbul edilə bilməz, çünki, o bir ədədlə təyin olunmur. O, bu mövzu haqqında deyir: “Şkala, düzünü desək, intellekt üçün ölçü deyil. Çünki intellekt keyfiyyətləri cəmlənmir və bununla xətti səth kimi ölçülə bilməz”. İlk vaxtlarda məktəbə gedən uşaqlar üçün yaradılmış İQ hesablanması sonralar David Veksler tərəfindən inkişafla əlaqəli olan böyütmə əmsalı (100) ilə böyüklərə də tətbiq edilir.
İQ-nün hesablanması
İntellektin araşdırılmasının əvvəlində Villyam Ştern və Alfred Binet intellektin yaşına əsaslanan üsulldan istifadə edirlər. Bu anlayış aparılmış testin nəticələrini verilmiş yaş həddinə uyğun olan orta test nəticəsinə nisbətini təsvir edirdi:
IQ = (İntellekt yaşı/Həqiqi yaş)× 100
Məsələn, anadan olandan 20 yaş olan şəxsin əqli 22 yaşa uyğun gələrsə, onda onun üçün İQ = 22 / 20 × 100 = 110.
Bu ölçü qiymətlərini müqayisə etmək üçün İQ normal səpələnmə üzrə normalaşdırılır. David Veksler İQ qiymətinin təsadüfi meyillənmə dispersiyası orta qiymətdən (100) yuxarı və aşağı istiqamətdə 15 xal meyillənməsini təsvir edən şkala tətbiq edir. Bir çox intellekt araşdırmalarında qiymətlərin təsadüfi meyillənməsi 15 xal həddində (məsələn, Hamburq-Veksler testi) götürülsə də, başqaları bu qiyməti 10 xal həddində qəbul edib (məsələn, Rudolf Amthauerə görə İ-S-T intellekt-struktur testi).
Vekslerə görə IQ belə hesablanır:
burada
təyin olunan qiymət (alınan xalların sayı)
verilmiş yaş qrupu üçün orta hədd
təsadüfi qiymətlərin dispersiyası
İQ testləri üçün dövlətlərdən asılı olaraq müxtəlif şkalalar tətbiq edilir. İngilis dilli dövlətlərdə tətbiq olunan testlərdə təsadüfi kəmiyyətlərin dispersiyası 16-24 xal arasında dəyişir. Ümumilikdə isə demək olar ki, orta qiymətdən meyillənmə üçün 15 xal geniş tətbiq edilir.
Veksler şkalasına görə əhalinin 68%-i üçün intellekt əmsalı 100 orta qiymət üçün 85-115 arasında yerləşir. Ölçü qiyməti 100-dən uzaqlaşdıqca onda ölçü xətaları böyüyür. Ona görə də, ən böyük və ya kiçik İQ qiyməti statistik baxımdan o qədər də etibarlı sayılmırlar və ehtiyatla işlədilirlər. Fitri istedada malik olan şəxslərin intellektini qiymətləndirmək üçün meyillənmə xətasının ikiqat qiymətindən o tərəfə dəqiqa danışmaq olur, yəni İQ-su 130-dan çox olan şəxslər haqqında bu fikri söyləmək olar. Ancaq bu xüsusi testlərin köməyi ilə daha da dəqiqləşdirilir. Aşağı həddlərdə oxumağa çətin çətinlik çəkənlər (IQ 85–70), orta (IQ 49–35), nisbətən zəif (IQ 34–20) və ən zəif intellektə malik olanlar (IQ<20) fərqləndirilirlər.
Aşağıda təqdim edilən xəritədə 2018-ci il üçün ölkələr üzrə İQ testinin orta nəticəsi təqdim edilib. Azərbaycanda bu göstərici 80-dir. Təəssüf ki, bu göstəriciyə görə biz inkişaf etmiş ölkələrdən geri qalırıq.