Beynəlxalq reytinq agentlikləri

       Reytinq agentliyi – bankların və ya iri korporasiyaların ödəmə qabiliyyətinin, borc öhdəliklərinin, korporativ idarəetmənin keyfiyyətinin, aktivlərin idarə edilməsinin keyfiyyətinin və s nüansların qiymətləndirməsini həyata keçirən kommersiya təşkilatıdır. Reytinq agentliklərinin ən populyar məhsulu – kredit reytinqləridir. Bu reytinq özündə borc öhdəliyi ilə əlaqədar ödəməmə riskini əks etdirir və faiz dərəcələrinin həcminə, borc öhdəliklərinin dəyərinə və gəlirliyinə də təsir edir. Bu zaman ən yüksək reytinq minimum ödəməmə riskinə müvafiq olur. 

Ən məşhur reytinq agentlikləri

b25393a3-f49b-4665-8360-a82fa0c70fb1Dünyada 100-ə yaxın beynəlxalq reytinq agentlikləri mövcuddur. Lakin onların içərisində “Böyük üçlüyü” təşkil edən agentlikləri bunlardır:

Reytinqlərin açıqlanması

   Reytinq agentliklərinin reytinq qiymətlərinin hesablanması və açıqlanması bir-birindən fərqlənməsinə baxmayaraq yenə də ümumi qanunauyğunluğu görmək mümkündür: bir qayda olaraq ən yüksək reytinq – AAA olur, daha sonra azalan sırada AA, A, ВВВ və s gəlir. Ən aşağı kredit reytinqini adətən D hərfi (defolt – şirkətin ödəmə qabiliyyətinin olmamasını göstərir) ilə işarə edirlər. Ölkələrin reytinq qiymətləri üzrə orta reytinq dərəcələri əks olunan cədvəl:

940px-World_countries_Standard_&_Poor's_ratings.svg

Reytinq şkalası

ААА – ВВВ diapazonunda yerləşən reytinqlər investisiya reytinqi, daha sonra gələnlər isə qeyri-investisiya reytinqləri (junk grade) hesab olunur. Müxtəlif agentliklərdə bu fərqlidir – əgər Moody’s kompaniyaya P1-P3 arası reytinq veribsə ona investisiya etmək olar, P3-dən aşağı reytinq olarsa investisiya tövsiyə olunmur.

Standard &Poor’s-da bu göstərici A3-ə qədərdir, B və C-də investisiya etmək olmaz. Fitch-də isə bu göstərici F3-ə qədərdir, bunlar da nömrələrindən asılı olaraq dəyişir, yəni F1+ reytinqi F3-dən daha çox etibarlıdır. Qeyri investisiya reytinqi olan kompaniyalar cəlb etdikləri kreditlərə görə daha yüksək faiz ödəməli olurlar. Elə investisiya və təqaüd fondları vardır ki, onların qeyri investisiya reytinqinə malik olan müəssisələrə yatırım etməsi nizamnamə qaydaları ilə məhdudlaşdırılır.

Fitch, Moody`s və Standard & Poor`s agetliklərinin reytinq şkalası aşağıdakı cədvəldə daha aydın göstərilib:

29063254_10215056449101283_2845372334171226112_n

Proqnozlar

Reytinq agentlikləri banklara, korporasiyalara və müstəqil dövlətlərə verdiyi suveren  reytinqlərdən əlavə, həmçinin də bir  və ya altı aylıq proqnozlar da verirlər. Bunlar:

  • Pozitiv proqnoz – onu nəzərdə tutur ki, müsbət dəyişikliklər ehtimalı vardır, reytinqi isə gələcəkdə artırmaq mümkündür.
  • Stabil proqnoz – mənfi dəyişikliklər ehtimalı azdır və çox güman ki, reytinq dəyişilməz olaraq qalacaqdır.
  • Neqativ proqnoz – mənfi dəyişikliklər ehtimalı yüksəkdir, reytinq daha da aşağı salına bilər.

Müəllif:  Elnur Quliyev

Leave a Reply