Binance birjasından 250.000 dollar mükafat

    000918Binance birjasına ötən həftə xaker hücümundan sonra birja rəhbərliyi xakerlərlərlə mübarizə üçün yeni metoddan istifadə etməyi qərara gəlib. Baxmayaraq ki, xaker hücümu uğursuz nəticələndi lakin birjanın fəaliyyətində müyyən müddətdə ciddi problemlər yaratdı və birja istifadəçilərinin narahatçılığına səbəb oldu. Gələcəkdə belə halların qarşısını almaq üçün binance-nin nümyəndələri birjaya xaker hücümunu həyata keçirənlərin axtarışı və həbs edilməsinə kömək olacaq informasiya üçün 250.000 dollar ödəməyə hazır olduqlarını bildirdilər.

Birjanin rəsmi bloqunda: “Xakerlərin həbs edilməsinə səbəb ola biləcək hər hansı zəruri məlumat və sübütlar təqdim edən ilk şəxsə birja tərəfində BNB coin ekvivalentində 250.000 dollar mükafat veriləcək” 

    Mükafat BNB tokenləri ilə dollar ekvivalentində məlumatın verildiyi gün müəyyən edilmiş məzənnə ilə ödənilir. Məlumat verənlərin adları onlarin istəyi ilə anonim saxlanıla bilər. Əgər məlumat bir neçə şəxsdən alınırsa, mükafat müvafiq olaraq onlar arasında bölünəcəkdir. Bundan əlavə, birja 10 milyon dollar həcmində qrant fondunun yaradılmasının elan etdi. Bu fondun vəsaitləri gələcəkdə Binance birjasına xaker hücümuna cəhdlər barədə məlumat verənlər üçün mükafatların ödənilməsi üçün istifadə olunacaq.

Binance haqqında

main1170x465Binance birjası 2017-ci ilin iyul ayında yaranmasına baxmayaraq ticarət dövriyyəsinin həcminə görə birjalar arasında ilk beşlikdə yer alır və hətta 2018-ci ilin yanvar ayında birinci yerə idi. Binance-da ticarət edən treyderlər arasında ən populyar valyuta cütlükləri: NEO / BTC, GAS / BTC, ETH / BTC və BNB / BTC.

Binance Coin (BNB) – Binance birjasının öz kriptovalyutasıdır və ICO vasitəsilə ilkin maliyyələşdirməni cəlb etmək üçün buraxılmışdı. Binance Coin-in qiyməti  hazırda 8.4 dollardır,  birjada 35 valyuta ilə ticarət oluna bilir və birjanın inkişafı ilə barəbər  BNB-nin də dəyəri artır. Bu kriptovalyuta 12 mart tarixinə 840 milyon dollar kapitalizasiya ilə “Top 25”-də yer alır.

Birjanın təsisçisi Changpeng Zhao, daha əvvəl OKCoin, Blockchain.info, Bloomberg-də işləyib. 2018-ci ilin fevral ayında Forbes onu “kriptovalyuta milyarderləri” siyahısına daxil edib.

 

Elnur Quliyev

Leave a Reply