Amazon Go – Amazon online mağazasının idarə etdiyi satıcısı və kassası olmayan ərzaq supermarketidir. Supermarket Vaşinqton ştatının Siatl şəhərində yerləşir. Burda sistem qismən avtomatlaşdırılıb və insanlar kassadan istifadə etmədən alışlar edə bilərlər. İlk dəfə ictimaiyyət üçün 22 yanvar 2018-ci ildə açılıb.
İnnovativ mağazada “Computer Vision”, “Machine Learning” və əşyalar interneti sensorları texnologiyasının imkanlarından geniş istifadə edilmişdir. Prosesin ardıcıllığı aşağıdakı kimidir:
- Magazaya gələrkən sizin telfonda “Amazon Go” mobil tətbiqi olmalıdır və QR-kodu girişdəki futuristik turniketə tanıtmaqla içəri daxil olursuz;
- Mağazada seçdiyiniz və çantanıza qoyduğunuz hər şey avtomatik olaraq sizin elektron səbətə əlavə olunur;
- Alış-veriş bitdiyi zaman alıcı mağazanı tərk edə bilər;
- Mağaza pulu avtomatik olaraq sizin Amazon-da qeydiyyatdan keçirdiyiniz kart hesabından silir və ödənişin edilməsi üçün hesab fakturanı(çek) telefona göndərir.
Crypto Consulting