Bakıda kriptovalyuta və blockchain mövzusunda ilk konfrans

    Bakıda Blockchain Azərbaycan Mərkəzinin (BAM) təşkilatçılığı ilə “kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyasından effektiv istifadə” mövzusunda Holiday İnn otelində konfrans keçirilib.

Xeberler.azın məlumatına görə toplantıda dövlət və özəl sektor, həmçinin bank nümayəndələri və müstəqil ekspertlər iştirak edib. Belə ki, konfransa AMEA, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Paşa Bank, Mərkəzi Bank, Lenovo kimi qurumların, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri və startapçılar qatılıb.

mai-ning-1024x512-1024x512

    Tədbirin təşkilatçılarından olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tədbiri açaraq konfransın keçirilməsinin məqsədləri haqqında məlumat verib. O, ölkədə kriptovalyuta və blokçeyin sahəsində ekosistemin formalaşması prosesinin getdiyini vurğulayıb. Ekspert tədbirin keçirilməsində əsas məqsədin bu sahənin inkişafına təkan verəcək effektiv tənzimləmə mexanizmlərinin hazırlanması olduğunu qeyd edib. Portmanat.az qurumunn rəhbəri Telman Axundov çıxış edərək tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, sahənin inkişafı ilə bağlı təkliflərin verilməsinin faydalı olduğunu bildirib. Sonra isə təqdimatlar başlayıb.

    Tədbirdə ekspert Orxan Əhmədov “Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə”, Crypto Consalting-in direktoru Elnur Quliyev “Blokçeyn texnologiyasının maliyyə-bank sisteminə təsiri”, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru Sabit Bağırov isə “İCO: tənzimləmələr, imkanlar və təhlükələr” mövzusunda məruzə və təqdimatlar edəcəklər.

    Konfransda təqdimatlar ətrafında o cümlədən də mayninq üçün icazə və bu fəaliyyətdən vergi tutulması, kriptovalyutanın ölkəmizdə ödəniş vasitəsi kimi istifadə oluna bilməsi, İCO layihələrə investisiya cəlb etmək üçün icazə və ya investisiya limiti, mayninq üçün zəruri avadanlıqların ölkəyə sərbəst olaraq gətirilməsi mövzuları ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Lenovo şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rasim Bəxşi, Gravity şirkətinin nümayəndəsi Azər Kərimov, İnvia World şirkətindən Sənan Həsənov, Paşa Bank-ın nümayəndəsi Bəhman Orucov, Bakı Mühəndislik Universitetinin nümayəndəsi Bəhram Atabəyli, CryptoAcademy-nin təmsilçisi Məmməd Bəhri, Banklar Assosiasiyasının nümayəndəsi  və digərləri iştirak edib.

  Müzakirələrin gedişində kriptovalyuta birjaları ilə bağlı maarifçilik işlərinin aparılmasının vacibliyi, bu sahədə ixtisaslaşan şirkətlər və fiziki şəxslər üçün müəyyən icazə sisteminin tətbiqi, İCO layihələrə investisiyaların yatırılması şərtləri, mayninq sahəsində sahibkarlıq fəaliyyətinin canlandırılması və vergiyə cəlb edilməsi, Kripto bazarın tənzimlənməsi ilə bağlı yaradılan İşçi Qrupunun şəffaf fəaliyyət göstərməsi və fəaliyyətinin canlandırılması, bank sektorunda innovasiyalara, blokçeyn texnologiyalara diqqətin artırılması, sektorun işkişfaı üçün zəruri şərt olan İT kadrların, proqramçıların hazırlanması üçün yeni tədris modellərinin hazırlanması ilə bağlı təkliflər səslənib. Çıxış edənlər maraqlı tərəflərin iştirakı ilə keçirilən bu tip müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə müzakirələrin aparılmasının vacibliyini bildiriblər.

Konfrans haqqında ATV telekanalının süjeti:

 

29261266_1064736970332512_5988891945460968669_n

29257671_823511201183945_3818468725825457426_n

29186578_1064737043665838_1583688533176004113_n

29216044_1064737090332500_1886267813940700228_n

11224282_833845180150547_426935256169458108_n

29244117_10216090192238168_3418856214577020928_n

23766

 

Elnur Quliyev

Leave a Reply