CryptoGo kompaniyası Yelp və Coinmap xidmətlərindən istifadə edərək bitkoinlə bağlı bir araşdırma aparıb. Araşdırmanın nəticəsində dünyanın müxtəlif ölkələrindəki şəhərlərdə bitcoin qəbul edən firmalar və bankomatların sayı müəyyən olunub. CryptoGo hazırda investorların öz kriptovalyutalarını daha rahat xərcləyə biləcəkləri şəhərlərin reytinqini açıqlayıb. Beləliklə kripto-investorlar üçün dünyada ən dost şəhərlər:
1. Los Anceles
2. Toronto
3. New York
4. Atlanta
5. Mayami
6. London
7. Vankuver
8. Gersi Siti
9. San Françisko
10. Vyana.
Araşdırmaya əsasən ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhali sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəri olan Los-Anceles ilk pillədə yer alıb. Los-Ancelesdə kripto ödənişləri qəbul edən 878 şirkət və kriptovalyutanı dəstəkləyən 145 ATM var. Bundan sonra Torontoda daha az şirkət olsa da 120 bankomat var. Londonda isə kripto ödənişləri qəbul edən 118 şirkət, ancaq yalnız 74 bankomat var.
CryptoGo qeyd edir ki, Asiya ölkələrində kriptovalyutaların mayninq payı daha çox olsa da Amerika və Kanada ilə müqaisədə onların şəhərlərində kriptovalyutaları xərcləmək üçün kifayət qədər yer yoxdur. Kriptovalyuta mayninqi üzrə aparıcı şəhərlər arasında Sinqapur, Melburn, Buenos Aires, Tokio, Seul, Pekin və Şanxay var.
CryptoGo-nun icraçı direktoru Devid Merri: “Bu araşdırma həqiqətən bitkoin cəmiyyətinin bir çox ölkədə mövcud olduğunu və inkişaf etdiyini göstərdi. Lakin bəzi şəhərlərdə bitkoinin populyarlığı və qəbul edilməsi bir çox şəhərlərdən dəfələrlə sürətlidir. Ümumi artan tendensiya isə kripto-sənayenin inkişafının göstəricisidir”
Müəllif: Elnur Quliyev / Crypto Consulting MMC