MasterCard milli kriptovalyutalar ilə işləməyə hazırdı

001038MasterCard-ın icraçı direktoru Ari Sarker martın 19-u Financial Fimes-a mesahibəsində bəyan edib ki, onlar mərkəzi bankların buraxdığı kriptovalyutalar ilə əməkdaşdaşlıq etməyə hazırdı.

Ari Sarker: “Dövlətlər milli kriptovalutalarını buraxmaq istəsələr biz bu təşəbbüsə müsbət baxarıq. Əgər kriptovalyutalar anonim olmasa və bütün qanuni normativlərə cavab verərsə bizə onlarla işləmək maraqlı olardı”

    A.Sarker həmçinin Mastercard-ın Yaponiyada və Sinqapurdakı pilot layihəsindən danışıb, hansı ki bu layihə əsasında bitkoin sahibləri MasterCard şəbəkəsindən istifadə edərək bitkoinlərini nağdlaşdıra biləcəklər. “Biz kriptovalyuta ticarətinə qarışmırıq, bu pilot layihə sadəcə bir testdi. Bununla belə nüfuz risklərimiz barədə də xəbərdarıq” deyə A.Sarker vurğulayıb.

Xatırladaq ki, MasterCard-ın baş direktoru Ajay Banga da bu yaxınlarda MasterCard-ın hökumət tərəfindən yaradılmış rəqəmsal valyutalarla birlikdə “oyunda iştirak etmək yolunu” tapacağını söyləyib.

 

Elnur Quliyev

Crypto Consulting

 

Leave a Reply