Yaponiyanın Nikkei Asian Review agentliyinin məlumatına əsasən Yahoo Japan aprel ayında BitARG Exchange Tokio kompaniyasının 40%-lik hissəsini almaq niyyətindədir. Yahoo Japan bir il ərzində BitARG-in bazası əsasında öz birjasını yaratmağı planlaşdırır. BitARG artıq Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) tərəfindən lisenziyalaşdırılıb. Platforma Yahoo Japan-dan 2019-cu ilin əvvəlində əlavə investisiyalar alacaq.
Yahoo Japan BitARG-in səhmlərini öz törəmə şirkəti olan YJFX vasitəsi ilə alacaq. Nikkei-nin məlumatına əsasən səhmlərin 40%-i Yahoo Japan-na 2 milyard yen (19 milyon dollar) başa gələcək. Alqı-satqı əməliyyatı bitdikdən sonra YJFX komandası yeni birjanın yaradılması, həmçinin korporativ idarəetmə sisteminin qurulması, müştərilərlə qarşılıqlı əlaqələr və təhlükəsizliyin təmin edilməsi üzrə işlərə başlayacaq.
Elnur Quliyev