Sloveniyanın Kran şəhərində bitcoin üçün monument qoyulub. Bu dünyada kriptovalyuta mövzusunda olan ilk rəsmi monument-abidәdir. Abidə ortasında bitcoin loqotipi olan sikkə pul formasındadır. Abidə Sloveniyanın hakimiyyət orqanları tərəfindən təsdiqlənib və şəhər mərkəzinə yaxın, dairəvi hərəkətli bir meydanda yerləşir. Abidənin ideyası Aleksandr Françeskin və Selman Çoroviçə məxsusdur və sponsorları Sloveniya şirkəti olan 3fs və Bitstamp birjasıdır.