Litvanın prossesinq platforması olan Coingate e-ticarət proqramı-Prestashop ilə müqavilə imzaladı. Bu partnyorluq müqaviləsi avropanın 80 minə yaxın mağazanın bitcoin və ya digər kriptovalyutalar ilə ödənişi qəbul etməyə imkan verəcək. Bu barədə məlumat Coingate-nin rəsmi saytında dərc edilib.
Coingate-nin baş direktoru Dmitri Borisenkanın sözlərinə görə bitcoin-dən istifadə sayəsində ticarət platformaları avtomatik olaraq reklam üstünlükləri alacaq. D.Borisenka: “Prestashop-un kiçik və orta ölçülü mağazalardan ibarət ideal bir baza var, hansı ki, hazırda sərfəli və populyarlığı getdikcə artmaqda olan kriptovalyutalarla ödəniş qəbul edə biləcəklər. Bir çox insanlar online alışlar zamanı kriptovalyutalardan istifadə etmək istəyirlər və bu səbəbdən satıcıları rəqəmsal pullarla necə işləməyi öyrətmək olduqca vacibdir”
Coingate-in CEO-su həmçinin əlavə etdi ki, onların şirkəti satıcıları kriptovalyutaların məzənnələrindəki volatillik riskindən müdfiəsini təmin edəcək. D.Borisenka: “Alışın həyata keçirildiyi vaxt qiymət fiksasiya ediləcək. Birbaşa kriptovalyutalarla işləməyən və ödənişi avro ilə istəyən mağazalar üçün Coingate bu prosesi öz üzərinə götür”
Qeyd edək ki, Prestashop 250 min onlayn-mağaza ilə əməkdaşlıq edir. Coingate-in 50.000-dən çox müştərisi var və aylıq gəliri 10 mln avro təşkil edir.
Elnur Quliyev