Twitter kriptovalyuta reklamlarını qadağan etdi

cryptocurrency-twitter  Twitter martın 26-sı rəsmi olaraq kriptovalyutalarla bağlı yeni reklam siyasətində dəyişikliklər olduğunu bəyan etdi. Yeni siyasətə əsasən İSO reklamları, token satışları və kriptovalyuta cüzdanları ilə bağlı reklam elanlarının verilməsi qadağan edilir. Dəyişikliklər bu həftə qüvvəyə minəcək. Bu barədə məlumatı Reuters agentliyi xəbər yayıb.

Reklam dağasına həmçinin kriptobirjalarla bağlı elanlarda düşüb. Lakin bu zaman istisna hallar da nəzərdə tutulub.

Eyni zamanda Twitter-in CEO-su Jack Dorsey kriptovalyutaların perspektivləri haqqında müsbət danışıb. Onun fikrincə bitkoin internetin vahid valyutası olması üçün bütün imkanlara malikdir. J.Dorsey: “Müəyyən müddət sonra dünyada vahid valyuta yaranacaq və internetin də vahid valyutası olacaq. Şəxsən mən inanıram ki, bu valyuta bitcoin olacaq “

      Xatırladım ki, kriptovalyuta reklamlarını qadağan etmək qərarını Facebook və Google da vermişdi. Bu saytların analoji addımı kripto-bazardakı qiymətlərə mənfi təsirini çox gözlətmədi. Lakin bu tip qərarlar son nəticədə insanların mənafeyini qorumaq üçün edilir. Kriptovalyuta bazarında saxtakarlıq hallarının artması artıq reallıqdır və bunun üçün ən çox istifadə olunan üsul saxta reklamlardır.

 

Elnur Quliyev

Leave a Reply