Korea Pay mobil ödəmə operatoru ticarət dövriyyəsinə görə ölkənin ikinci ən böyük kriptovalyuta birjası olan Bithumb ilə əməkdaşlıq edəcəyini elan etdi. Bu məlumatı The Korea Times dərc edib.
Bu əməkdaşlıq sayəsində Cənubi Koreyalılar mal və xidmət üçün ölkə daxilində 6.000-dən çox ticarət mərkəzində kriptovalyuta ilə ödəmə imkanı əldə edəcəklər. Şirkətlər bu ilin sonuna qədər Cənubi Koreyanın 8.000 korporativ mağazasında kriptovalyuta ilə ödəniş etmək üçün səy göstərəcəklər. Həmçinin qeyd etmək lazımdır ki, Bithumb rəqəmsal valyutalarda ödənişləri qəbul edən ən böyük Cənubi Koreya otel platformalarından birinə çevrilməkdədir.
Bithumb birjasının bu cür fəaliyyəti üçün əsas təşviq edən səbəblərdən biri də UpBit kriptovalyuta platforması ilə əməkdaşlıq edən Kakao Corp-nın siyasətidir. UpBit Bittrex birjasının dəstəyi ilə Kakao messenceri tərəfindən yaradılıb. Kakao Corp 12.000 ticarət məntəqəsində kripto-ödənişlərin inteqrasiyası üçün bir strategiya hazırlayır. Kakao Corp həmçinin özünün KakaoTalk, KakaoPay, KakaoStory, KakaoTaxi kimi platformalarında kriptovalyuta ilə ödənişlər təqdim etməyi planlaşdırır.
Elnur Quliyev