LinkedIn kripto-reklamlara qadağa qoydu

  001283  Twitter, Google, Facebook və Snapchat-ın ardınca Linkedin sosial şəbəkəsi də kriptovalyuta reklamlarına qadağa qoydu. Bu barədə The Independent xəbər yayıb. Linkedİn bu qərarını “rəqəmsal valyutaların reklamları investorları yalnış yönləndirə bilər” arqumenti ilə əsaslandırıb.

       Məlum oldu ki, Koreya, Çin və Rusiyanın kripto-cəmiyyətləri reklamları qadağan edən internet nəhənglərinə qarşı iddia açmağa hazırlaşırlar. Bu xəbərlərə şirkətlərin nümayəndələri necə reaksiya verdikləri hələ ki, bilinmir amma görünür ki, bu hadisə 2018-ci ilin ən mübahisəli hadisə olma ehtimalı böyükdür. Nəticədə, iddia hələ ki, hazırlanma prosesindədir amma bu xəbərlər artıq indidən dünya mətbuatında böyük rezonansa səbəb olmuşdur.

Leave a Reply