CoinMarketCap qəsdən yanlış məlumatlar yerləşdirərək, kriptovalyuta bazarını manipulyasiya edir. Bir qrup anonim müəlliflər Medium.com saytında analitik resurs hesab edilən CoinMarketCap-ı istifadəçilərə etibarsız məlumatların qəsdən verilməsi ilə ittiham ediblər.
Analitiklər iddia edirlər ki, onlar kriptovalyuta bazarında bir nömrəli sayt hesab edilən CoinMarketCup-da istifadəçilər üçün açıq formada saxta məlumatlar veridliyini aşkar ediblər. CoinMarketCup tez-tez bir çox informasiya agentlikləri, ticarət təşkilatları və fərdi şəxslər tərəfindən istinad mənbəyi kimi istifadə olunduğundan bütün kripto-ictimaiyyətdə bu saytın “etibarlı mənbə” kimi orda “pərdəarxası” nə başverdiyi barədə məlumatlar artıq şübhə doğurmağa başlayıb.
Son zamanlar CoinMarketCap-ın dəstək xidmətinə fərdi şəxslər tərəfindən bir çox kriptovalyutalar haqqında təqdim edilən məlumatlar, həmçinin BitcoinTalk.org, Reddit.com kimi forumlar vasitəsilə düzəlişi tələb olunan informasiyalar yenilənmir. Təkrarlanan cəhdlər də heç bir nəticə vermir, çünki müraciətlərə şirkət tərəfindən baxılmır və ya sadəcə rədd edilir. Əgər şikayət müraciətlərinə qəstən cavab verilmirsə və ya rədd edilirsə bu o deməkdir ki, sayt adminləri məlumatları bilərəkdən yeniləmək istəmir. CoinMarketcup-ın bu siyasəti nəticəsində bir çox token sahibləri kifayət qədər qazandı və ya zərərə uğradı.
Narahatlığa əsas səbəblərdən biri də saytda kriptovalyutalar haqqında qeyri-dəqiq və köhnəlmiş məlumatların olmasıdır. Layihlərin rəsmi saytlarına istinad edilən linklər açılmır, birjalardakı gündəlik ticarət dövriyyəsi barədə məlumatlar günlərcə yenilənmir. Həmçinin dövriyyədə olan koinlər haqqında məlumatlar bu koinlərin öz blokçeynlərindən əldə edilən məlumatlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Saytda pamp və damplar-a imkan yaradılır və bu proses kriptovalyutaların yaradıcılarının iştirakı olmadan CoinMarketCup komandası tərəfindən aktiv şəkildə yönəldilir. Coinmarketcup bəzən dövriyyədə olan koinlərin sayını çox göstərir və beləliklə, bazar kapitallaşmasını artırır. Daha sonra bu həcmi əhəmiyyətli dərəcədə azaldır. Bu cür manipulasiya kriptovalyutanın “Top siyahı”dakı mövqeyini dəyişdirir və nəticədə həmin kriptovalyuta üzrə böyük alışlar və ya satışlar baş verir. Bundan kimin qazanmsı artıq sirr deyil.
Nəzərə alaraq ki, CoinMarketCup-ın təsisçisi və işçiləri haqqında məlumatlar anonimdir ümumilikdə bütün kripto-cəmiyyətin marağında olmalıdır ki, obyektivlik naminə sayt öz siyasətini dəyişsin. CoinMarketCup hələ ki, bir nömrəli saytıdı və əgər bütün cəmiyyət bu saytın qeyri-peşəkar siyasətinəə etirazını göstərsə bu birincilik tezliklə dəyişə bilər.
Crypto Consulting