Almaniya Milli Turizm Komitəsi bitcoin ilə ödənişləri dəstəkləyir

   001318  5 Mart 2018-ci ildən etibarən Almaniyanın Milli Turizm Komitəsi (GNTB) öz xidmətləri müqabilində ödəniş kimi rəqəmsal pulları (bitcoin) qəbul edir. Komitə İqtisadiyyat və Texnologiya Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir və reklam agentliyi kimi dövlət tərəfindən maliyyələşir.

       Komitənin məqsədi Almaniyaya turist axınını artırmaqdır ki, bu da öz növbəsində yerli turizm və biznesin inkişafı (sərgilər, kongresslar, korporativ səfərlər) ilə bağlıdır. Milli Turizm Komitəsi həmçinin Almaniyanın dəmiryollarının, havayollarının, eləcə də ölkədə daxili turizmin inkişafının təşviqi ilə məşğul olur. Komitənin hazırda mərkəzi ofisi Frantkfurtda yerləşən dünya üzrə 32 ofisi var.

  germany_blockchain_bitcoin_adaption-1024x576   Milli Turizm Komitəsinin sədri Petra Hedorferin sözlərinə görə, təşkilat mütəmadi olaraq yeni tendensiya və texnologiyaları diqqətlə izləyir, onların tətbiqi imkanlarını nəzərdən keçirir, milli və beynəlxalq səviyyədə blockchin texnologiyasını inkişaf etdirmək niyyətindədir. Turizm sektorunda beynəlxalq innovativ şirkət olmağı özünə hədəf seçmiş Milli Turizm Komitəsi özünü rəqəmsallaşdırma strategiyası çərçivəsində kriptovalyutada ödənişləri qəbul etməyi planlaşdırır. Belə ödənişlər əməliyyatların opertivliyini və təhlükəsizliyini təmin etməklə bərabər, həm də onların şəffaflığı təmin olunmaqla beynəlxalq əməliyyatlarda xərclərə qənaət etməyə imkan verəcək.

      Xatırladım ki, Almaniya Maliyyə Nazirliyi fevralın 27-də bitcoin-in ölkə ərazisində qanuni ödəniş vasitəsi olaraq tanınması barədə qətnamə qəbul edib. Qətnaməyə əsasən kriptovalyuta ilə edilən alışlar vergiyə cəlb edilməyəcək.

Almaniya bitkoini ödəmə vasitəsi kimi tanıdı

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply