Bitcoin Foundation: Bitcoin “köpük” deyil!

    MatonisBitcoinFoundationBitcoin Foundation-nun həmtəsisçisi və icraçı direktoru Jon Matonis bitkoinin piramida və ya “hava balonu” olması ilə bağlı qorxuların tamamilə əsassız olduğunu deyib. Onun fikrincə investorlar üçün əsas təhlükə mərkəzi banklar tərəfindən qəsdən şişirdilən qiymətli kağızlar və fond birjalarıdır. Bu fikirləri Jon Matonis Business Insider-ə verdiyi müsahibəsində söyləyib. Jon Matonis: “Bitkoinin “hava balonu”, “köpük” olduğunu iddia edən insanlar üçün mənim cavabim: Bitkoin əslində “hava balonu”nu deşən bir iynədir! Köpük – mərkəzi banklar tərəfindən təsdiqlənən fond bazarları və qiymətli kağızlardır. Əsl “köpük” bunlardır!”

    Jon Matonis hesab edir ki, hazırda dünya iqtisadiyyatı dəyişməkdədir və bankların idarə etdiyi valyutalardan uzaqlaşaraq bitkoin kimi de-mərkəzləşdirilmiş valyutalara tərəf istiqamətlənib. Goldman Sachs kimi iri bankların rəqəmsal valyutalar bazarına maraq göstərməsi müsbət haldır. Bu faktor son nəticə kriptovalyuta bazarının genişlənmsi, inkişafı və kriptovalyutaların məzənnəsindəki volatilliyin azalması ilə nəticələnək. Hazırda Avropa və Şimali Amerikada maliyyə qurumları hələ də kriptovalyutaların tənzimləmə və nəzarət mexanizmini dəqiqləşdirə bilmir və ümumi  ekosistemi anlamağa çalışırlar. Tənzimləyici orqanlar adət ediblər ki, maliyyənin cəlb edilməsi prosesi əsasən qiymətli kagizlar, səhm satışı və borcların alınması yolu ilə baş versin. Kriptovalyutalar isə maliyyənin cəlb edilməs üçün tamamilə yeni modeldi və maliyyə orqanlarının mövcud tənzimləmə çərçivəsinə uyğun deyil.

    Xatırladım ki, Jon Matonis Bitcoin Foundation-dan əvvəl Yaponiyanın Sumitomo bankının treydi idi.

 

Elnur Quliyev

Crypto Consulting

 

 

 

Leave a Reply