United Colors of Benetton bitkoinlə ödənişləri qəbul edir

     benettonPopulyar geyim brendi olan United Colors of Benetton-un Litvadakı filiallar şəbəkəsi ödəniş vasitəsi kimi bitkoini qəbul etdiyini elan etdi. Bitkoindən əlavə Ethereum, Dash, Nem və Steem kimi digər altkoinlərlə də ödəniş etmək mümkün olacaq. Bu xəbəri ilk olaraq Trustnodes agentliyi yayıb.

  Ödənişlərin həyata keçirilməsi üzrə prosseinq dəstəyini CopPay şirkəti təmin edəcəkdir. Şəbəkənin Litva üzrə rəhbəri Arturas Zuokas: “Biz şadıq ki, United Colors of Benetton brendinin məhz Vilnusdəki mağazaları ilk dəfə olaraq kriptovalyutalarla ödənişləri qəbul edəcək. Biz hər zaman ideya azadlığı və ödəniş üsullarının müxtəlifliyi tərəfdarıyıq. Əminik ki, gələcəkdə kriptovalyutalarla bütün mağazalarda ödəniş etmək mümkün olacaq”

       Xatırladaq ki, 2018–ci ilin mart ayında Litvanın prossesinq platforması olan Coingate e-ticarət proqramı-Prestashop ilə müqavilə imzaladı. Bu partnyorluq müqaviləsi avropanın 80 minə yaxın mağazanın bitkoin və ya digər kriptovalyutalar ilə ödənişi qəbul etməyə imkan verəcək.

 

Elnur Quliyev

 

Leave a Reply