CV hazırlamaq üçün saytlar

cv    İnsan resursları mütəxəssislərinin diqqətini çəkmək üçün dolğun və maraqlı CV şərtdir. Belə bir CV hazırlamaq əslində düşündüyünüz qədər çətin deyil. Standard CV-lərdən maksimum uzaq durun. Aşağıdakı effektiv və faydalı saytlardan istifadə etməklə işə qəbul olmaq şansınızı artıra bilərsiniz:

  1. Canva Resume Builder

Saytda hazır CV şablon dizaynları var ki, siz bu dizaynları götürüb yalnız öz məlumatlarınızı daxil edirsiniz, şəkil və ya pdf olaraq özünüzdə saxlaya bilirsiniz. Burada 20-yə yaxın belə dizayn şablonu var. Onun təxminən yarısı pulsuzdur. Daha qəşəngləri isə ödənişlidir. Amma ödəniş cəmi 1 dollardır. Odur ki, bəyəndiyiniz ödənişli olsa da belə ondan istifadə edin, çünki xərcləyəcəyiniz 1-2 manat sizə gələcəkdə 100-lərlə manat fayda gətirə bilər.

  2. DoYouBuzz

Bu saytda 3 ədəd pulsuz şablon var. Kifayət qədər maraqlı dizayna malik şablonlardır. Digər ödənişli yəni premium şablonları isə siz 1 aylıq abunə olaraq və 5 dollar ödəyərək CV-ləriniz hazırlaya bilərsiniz. Bu sayda facebook vasitəsilə qeydiyyatdan keçdikdən sonra sizin emaila təsdiq məktubu gəlir və sizin təsdiqdən sonra profiliniz aktiv olur. Bundan sonra siz cv-nizi hazırlayıb ona dəyişiklik edib onu öz komputerinizə yükləyə bilərsiniz.

3. İcanchoose

Bu sayt maraqlı saytlardan biridir. Burada düzdür yenə də bizim şriftlər yaxşı görünmür amma ingilis və ya rusca CV-niz əla görsənəcək. CV-nin hər bir bölməsi üzrə sizə məsləhətlər verilir. Misal üçün necə şəkil yerləşdirmək lazımdır, Cv-yə hansı məlumatlar və hansı formada qeyd olunmalıdır və s. Sonda siz CV-ni komputerə yükləmək üçün saytı sosial şəbəkədə paylaşmalısınız. Şablonlar isə çox və bir birindən gözəldir.

4. Resumup.com

Siz burada müxtəlif formatlı CV yarada bilərsiniz. Əgər kifayət qədər vəsaitiniz varsa burdakı şablonlardan mütləq istifadə edin. Bu zaman sizin CV digər heç bir cv-yə bənzəməyəck. Ən möhtəşəmi isə infoqrafik CV-dir. Əgər sizin belə bir cv-niz olsa onun Kadrlar idarəsinin əməkdaşları tərəfindən diqqətdən qaçması qeyri mümkündür. 1 aylıq ödəniş edib (20 dollar) bir neçə formatda cv düzəldib kompuetinizə köçürə bilərsiniz.

5. CvTemplater

Bu saytda isə 10a yaxın şablona var və şablonların qiyməti təxminən 6-10 dollar arası dəyişir. Siz bu şablonları əldə edib özünüz redakte edə bilərsiniz. Burada maraqlı məqam odur ki, siz yaxın dostunuz və ya rəfiqənizlə ödənişi paylaşa bilərsiniz və hamınız bu şablondan istifadə edə bilərsiniz.

6. Graphicriver

Burada isə yüzlərlə ödənişli cv şablonları var. Eyni ilə yuxarıda qeyd etdiyim kimi burada da ödəniş edərək siz word faylı əldə edirsiniz və istədiyiniz dəyişikliyi edə bilirsiniz.

7. Resume.com

Bu saytda müxtəlif dizaynlı CV şablonları var və siz onlardan birini seçərək eyni zamanda Linked-in profilinizdən bütün məlumatı köçürə bilərsiniz. Əgər linkedindəki profiliniz tam olaraq doldurulubsa sistem avtomatik olaraq cvnizi hazırlayacaq. Eyni zamanda bu sayta vasitəsilə siz CVnizi PDF və DOC yəni Word formatında komputerinizə yükləyə bilərsiniz və əlavə olaraq saytda onlayn link vasitəsilə cvnizi işəgötürənlərə təqdim edə bilərsiniz.

CV üçün əlavə olaraq aşağıda qeyd edilən saytlardan da istifadə edə bilərsiniz: CvtemplatemasterPathbriteCVmaker, Kickresume, Vizualize, Kinzaa, ResumUP, Visual CVEuropassJob CV

      Eyni zamanda sizin mütləq Linkedin.com sosial şəbəkəsində profiliniz olmalıdır. Nəinki profiliniz olmalıdır hətta deyərdim ki profilinizin tam olaraq məlumatlarla doldurmalısız və burada aktiv olmalısız. Çünki bir çox iş axtaranlar ilk növbədə lazımi işçiləri buradan axtarıb gözdən keçirirlər. Yaxşı hazırlanmış linkedin profili sizi uğura bir addım yaxın edə bilər.

Bəs CV-ni göndərmək üçün ən effektli vaxtı necə seçməli?

CV-ni düzəltdikdən sonra ilk öncə onu göndərmək üçün tələsmək lazım deyil. Bunun üçün ən effektli vaxtı təyin etmək üçün ilk öncə “CV-ni hansı vaxt göndərmək olmaz?” dəqiqləşdirək:

  • İş gününün ilk saatı. Sözün əsl mənasında işə başlamaq işçidən işçiyə dəyişməklə ümumi olaraq bir qədər zaman tələb edir. Hələ ki bu, həftənin 1-ci günü və məzuniyyətdən sonrakı iş gününün ilk günüdürsə. Ona görə də ümumi olaraq, iş gününün ilk saatı CV göndərmək üçün uyğun vaxt hesab olunmur.
  • Nahara yaxın və nahardan sonrakı ilk yarım saatda. Təbii ki, nahar vaxtı xüsusilə göndərmək olmaz. Hamımıza məlumdur ki, nahara az qalmış işçilər sadəcə komputer qarşısında nahara qalmış dəqiqələri sayırlar. Bu proses, nahardan sonrakı ilk yarım saatda da davam edir. Bu uyğunlaşma prosesinədə göndərilmiş CV-lərin nəzərdən yayınma ehtimalı çox böykdür.
  • İş gününün bitməsinə yaxın vaxtlarda. İş gününün sonunda artıq işçinin enerjisi tükənmək üzrə olur və o, işlərin əksəriyyətini növbəti iş gününə saxlamaq arzusunda olur və əksər işləri belə də edir. Növbəti gündə isə yeni iş gününün tələbləri və gərginliyi dünən göndərilmiş CV-ni nəzərdən yayındıra bilər. Çünki, işçilərin az bir hissəsi iş vaxtı qeyd dəftərindən istifadə edir.
  • Həftənin son iş günü. Xüsusilə də son iş gününün günün ikinci yarısı. Həftə ərzində enerjisi tükənən işçi son bir neçə saatı ötürərək sadəcə özünü həftəsonunu çatdırmaq arzusunda olar.
  • Bayramlardan sonrakı ilk iş günü. Bir neçə günlük bayram tətilindən sonra toplanmış iş yükü və bir neçə gün işin gərginliyindən uzaqlaşmış işçilərin bir-birinə uyğunlaşması və bu toplanmış işlərin öhdəsindən gəlməsi bir neçə gün zaman alır. Ona gör də, bu günlərdə CV göndərməyiniz tövsiyyə olunmur.

Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gələ bilərik ki, CV göndərmək üçün ən ideal iş günləri 2-4 ci günlər, iş saatları isə 10:00-12:00 və 15:00-17:00 aralığıdır.

Uğurlar!

 

Mənbə

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma