Olqa Buzova Buzcoin ilə İCO-ya çıxır

  6RwEoBQNG20 Populyar aparıcı və müğənni Olqa Buzova Buzcoin adlı öz kriptovalyutasını buraxmağı qərara alıb. Moskvada keçirilən mətbuat konfransında Olqa Buzova: “Mən bütün kişilərə və biznesmenlərə meydan oxuyuram. Mən nəyə toxunuramsa qızıla çevrilir” deyə bəyan edib.

      Buzcoin.io proyekti fevral ayında yaradılıb və blokçeyinə inteqrasiya olunmuş ilk media-resurs olmağı planlaşdırılır. Layihə çərçivəsində müəlliflərə öz hüquqlarını müdafiə etməyə imkan verən BUZ Media platformasını tətbiqi, OVA Center isə tədbirlərə bilet satışı üçün nəzərdə tutulub. Ümumilikdə 60 mln buzkoin buraxılacaq ki, əsas məqsəd 87 milyon dollar yığmaqdır. Hazırda saytda “test satışlar” aparılır lakin tam hüquqlu kampaniya cari ilin iyul-avqust aylarında planlaşdırılılıb.

Leave a Reply