Blockchain texnologiyasının tədqiqi mərkəzi – BAM yaradılıb

Без названия 2018-ci ilin aprel ayının əvvəlində Azərbaycanda kriptovalyuta bazarı və blockchain texnologiyasının tədqiqi və inkişafı ilə məşgul olan Blockchain Azərbaycan Mərkəzi (BAM) yaradılıb. Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri və BAM-ım həmtəsisçisi Osman Gündüz deyib. Onun sözlərinə görə mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib. Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockchain-in nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb və sayt bu yaxınlarda istifadəyə veriləcək. Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blockchain üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır.

   BAM-ın həmtəsisçiləri: Portmanat.az–dan Telman Axundov, Sahibkakarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondundan Sabit Bağırov, Azərbaycan İnternet Forumunun sədri Osman Gündüz, Crypto Consalting və kriptoinvest.az-ın rəhbəri Elnur Quliyev, Waves-in Azərbaycan üzrə ambassadoru və CryptoAZE cəmiyyətindən Orxan Əhmədov və BMG International təsisçisi Sənan Həsənovdur.

BAM.png

 

“Blockchain & Media” tədbiri

“İCO və Blockchain texnologiyasının biznesdə tətbiqi” mövzusunda konfrans

Blockchain Conference Azerbaijan

Leave a Reply