Korlar üçün ilk bitcoin-wallet

bac90d360638f7efbee61ba462511f20IcyWallet – IcyWallet xüsusi funksiyası olan soyuq elektron cüzdandır. Bu wallet bitcoin saxlamaq və tranzaksiyaları idarə etməyi asanlaşdırmaq üçün görmə qabiliyyətinə malik olanlar üçün  nəzərdə tutulmuşdur. Kriptovalyutaların təhlükəsiz saxlanması görmə qabiliyyəti zəif və ya ümumiyyətlə olmayan insanlar üçün xüsusilə çətin olur.

    Bu layihəni həyta keçirmək fikri Adam Newbold-ın Braylya şriftini öyrənməyə başladığı zaman ağlına gəlib. Tezliklə A.Newbold Reddit-də müzakirələr zamanı görmə qabiliyyəti olmayan bir insanının bitkoin-walletlər üçün proqram təminatı tərtib edənlərdən narazılığını bildirdiyini gördü, hansı ki, həmin şəxs görmə qabiliyyəti olmayanlar üçün heç bir mobil və ya digər tətbiqin olmadığından şikayətlənirdi.

      Adam Newbold 2017-ci ilin oktyabr ayında bitkoinin orijinal “White Paper”-ni Braylya şriftli versiyasını hazırlamağa başladı və uğurla başa çatdırdı. Onun bu uğuru IcyWallet yaratmaq üçün bir motivasiya oldu. IcyWallet proyektinin əsas məqsədi görmə qabiliyyəti olmayanlar üçün ödənişsiz bitkoin-wallet yaratmaqdır. Hazırda proyekt üzərində işlər aparılır, ilk 50 ədəd nümunə hazırlanmaqdadı, inkişafın bəzi mərhələləri artıq başa çatıb. Lakin tam olaraq 2018-ci ilin sonuna qədər tamamlanacaq.

 

Elnur Quliyev

Crypto Consulting

Leave a Reply