Yaponiya Mərkəzi Bankı: Milli kriptovalyutaya ehtiyac yoxdu

 Webp.net-resizeimage-84 Yaponiyanın Mərkəzi Bankının yaxın gələcəkdə milli kriptovalyuta buraxmaq fikri yoxdu çünki bu ənənəvi maliyyə sisteminə təhlükə yarada bilər. Bu məlumat Mərəzi Bankın rəsmi bəyanatında qeyd edilib.

  Mərkəzi Bankın sədr müavini Masayoshi Amamiya vurğulayıb ki, istehlakçıların birbaşa istifadəsi üçün milli kriptovalyutanın emissiyası mövcud iki səviyyəli maliyyə sisteminə təhlükə yarada bilər. Onun sözlərinə görə mərkəzi bank tərəfindən dəstəklənən rəqəmsal valyuta sistemi dəyişəcək, ancaq bununla bərabər maliyyə sabitliyini mütləq qorunacağına təminat yoxdu. Sədr müavini: “Mərkəzi Bank tərəfindən ümumi istifadə üçün rəqəmsal valyutanın buraxması o deməkdir ki,  biz əhali və firmalara birbaşa mərkəzi bankla hesab açmasına icazə veririk. Bu isə öz növbəsində iki səviyyəli sistemə və özəl bankların maliyyə vasitəçiliyinə böyük təsir göstərə bilər”

      Xatırladım ki, ötən həftə Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) ilk dəfə olaraq kriptovalyuta ticarətinə dair rəsmi statistikanı açıqlayıb. Ölkə ərazisində fəaliyyət göstərən 17 kriptovalyuta birjanın 31.03.2018 tarixinə olan məlumatlarına əsasən Yaponiya əhalisinin 3.5 milyonu kripto aktivlərin ticarəti ilə məşgul olur. Onların arasında 30 yaşınadək treyderlər 28% təşkil edir. Bitkoin üzrə illik ticarət dövriyyəsi 2014-cü ilə müqaisədə 2017-ci ilə 22 milyondan 97 milyard dollara qədər artmışdı.

 

 

 

 

 

 

 

Elnur Quliyev

 

Leave a Reply